Sükan arxasında ürəyi tutub öldü, 81 yaşlı qardaşı xəsarət aldı
Şəkidə yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün Şəkinin Çeşməli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, 1952-ci il təvəllüdlü Balakən rayon sakini Yusif Muradovun idarə etdiyi "Lada Prioara" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı kolluq əraziyə girib. Hadisə zamanı sürücü Y.Muradov dünyasını dəyişib. Y.Muradovun meyiti Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq təcili yardım briqadasına təhvil verilib.
İlkin müayinə zamanı Y.Muradovun sükan arxasında ürək tutmasından öldüyü məlum olub.
Avtomobildə olan sərnişin, sürücünün qardaşı, 81 yaşlı Ziyafəddin Muradov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi
Rusiyalı qapıçı matç zamanı öldü
"Barselona" yeni hücumçu aldı
"Zirə" ilk matçda "Payde"yə məğlub oldu - Konfrans Liqası
Bu universitetə magistr qəbulu ləğv edildi
Azərbaycan nefti 109 dolları keçdi
Yevlax sakini həmyerlisini qətlə yetirib
Göyçayda piyadanı maşın vurdu