Sülh danışıqları prosesi 5 bənd əsasında getməlidir
"Brüssel görüşündən sonra ondan əvvəlki proseslər nəticəsində belə bir əminlik var ki, Ermənistan tərəfi sülh sazişinə aid olan prosesə, eyni zamanda delimitasiyaya razılığını bildirib. O ki, qaldı Ermənistanın bizim 5 prinsipi qəbul etməyinə, əgər sülh danışıqlarından söhbət aparırıqsa, bu proses 5 bənd əsasında getməlidir".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Xələf Xələfov deyib
"Biz o qənaətdəyik ki, hər hansısa şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, bu, prosesi pozmaq anlamına gəlib çıxır.
Ermənistan tərəfi buna qarşı mövqe sərgiləməyib. Baxmayaraq ki, Ermənistanda müəyyən etirazlar var, müxalifət etiraz edir, hökumətin dəyişdirilməsinə can atır, bununla belə, Ermənistan hökuməti bu prosesdən imtina etməyib. O ki, qaldı işçi qruplarının fəaliyyətinə, kommunikasiyaların açılması ilə əlaqədar işçi qrupların fəaliyyəti baş nazirlərin müavini səviyyəsində davam etdirir.
Sülh danışıqlarını başlamaq üçün siyasi iradə, xoşməram, sülh prosesinə sadiqlik tələb olunur. Azərbaycan sülh gündəliyini ortaya qoyub və bu məsələdə israrlıdır və bu istiqamətdəki səyləri dəstəkləyir. Azərbaycan hesab edir ki, müharibə başa çatıb, münaqişə bitib, ərazi bütövlüyünü bərpa edib. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır", - o, əlavə edib.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test