"Sülh müqaviləsi danışıqların yekun nöqtəsidir" - Pritçin Lavrovun səfərindən DANIŞDI

"Moskvanın yanaşması onu göstərir ki, sülh müqaviləsi danışıqların yekun nöqtəsidir".
KONKRET.az xəbər verir ki, bu barədə "İMEMO RAS"ın Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin deyib.
Pritçin xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfərini, Rusiya ilə Azərbaycan arasında sülhə nail olmaq üçün yanaşmalardakı fikir ayrılıqlarını, eləcə də Ruben Vardanyanın "Artsax"ın dövlət naziri vəzifəsindən istefasını şərh edib.
Lavrovun Bakıya səfəri və nizamlanmaya yanaşmalardakı fikir ayrılıqları
Pritçin bildirib ki, Rusiya diplomatiyasının rəhbəri Bakıya səfəri zamanı danışıqlar prosesinin cari gündəliyini, Laçın dəhlizinin açılması məsələsini və Avropa missiyasının Azərbaycana göndərilməsi zamanı yaranmış vəziyyət fonunda atəşkəs bəyanatının icrası perspektivlərini müzakirə edib. Ekspert Moskva və Bakının sülh yolu ilə nizamlanmaya yanaşmalarında fərqli olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan əvvəlcə ərazi bütövlüyü məsələsinin əsaslı həlli ilə sülh müqaviləsi imzalamaq, sonra hər bir istiqaməti konkret olaraq mərhələli şəkildə həll etmək tərəfdarıdır. Pritçinin sözlərinə görə, Rusiya sülh müqaviləsinin bağlanması məsələsinə daha əhatəli yanaşır. O bildirib ki, Moskvanın yanaşması sülh müqaviləsinin danışıqların yekun nöqtəsi olduğunu nəzərdə tutur.
Ruben Vardanyanın istefası
Ekspertin fikrincə, Ruben Vardanyanın "Artsax"ın dövlət naziri postundan istefası və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana son səfərini əlaqələndirmək düzgün deyil. Pritçin Azərbaycanda media və ekspertlərin Vardanyanın "Moskva layihəsi" olması barədə fikirlərini tamamilə əsassız adlandırıb: "Vardanyanın əslində Rusiyada iri obyektləri qalmayıb, o, Londonda, Nyu-Yorkda ofisləri, orada aktivləri olan beynəlxalq biznesmendir və buna görə də özünü ilk növbədə erməni biznesmen kimi təqdim edir. O, Ermənistana çoxlu sərmayə qoyub, ona görə də Moskvanın layihəsi olub-olmaması hələ də böyük sual altındadır", – Pritçin bildirib.
Ekspertin fikrincə, Vardanyanın istefası təkcə Azərbaycanın deyil, Ermənistanın baş naziri Nikol Paşinyanın da maraqlarına cavab verir. Çünki Paşinyan Vardanyanı mümkün rəqib hesab edirdi.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 04 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler sosial yardim butun xeberler az xeber cəbhədən son xeber