"Sülh sazişi olmasa da olar" - Elmar Məmmədyarov

Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşlərin keçirilməsi müsbət haldır. Hər görüş, hər atılan addım diplomatiyada çox önəmlidir. Görüşlər keçirilirsə, mövqelər müəyyənləşir. Tərəflər bir-birilərini başa düşsə, lap yaxşı olar.
KONKRET.az xəbər verir ki, bunu Modern.az-a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton görüşü barədə danışarkən deyib.
"Ortada geosiyasət məsələsi var. Vaşinqtonda görüş oldu. Növbəti görüş Moskvada olacaq. Bu da heç kimə sirr deyil ki, Moskva ilə Vaşinqton arasında rəqabət var. Vaşinqtondan sonra görüşün Moskvada keçirilməsi məhz bundan irəli gəlir", – deyə danışıqlar prosesini dəyərləndirən eks-nazirin sözlərinə görə, sülh daha çox Ermənistana lazımdır:
"Ermənistanla Azərbaycan arasında sülh sazişi barəsində danışılsa da, məncə, Ermənistan sülh sazişinə hazır deyil. Sülh sazişi Ermənistana daha vacibdir. Onlar başa düşməlidir ki, sülh sazişi olmadan çətinlik çəkəcəklər. İnkişaf dondurulacaq. Azərbaycan üçün sülh sazişi olsa, yaxşıdır. Olmasa da, onsuz Azərbaycan inkişaf edib. Bizim üçün sülh sazişi olsa da olar, olmasa da. Ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında danışıqlar birbaşa aparılsa, daha yaxşı nəticə verər. Bu barədə cənab Prezident də fikir bildirib. Mən də bunun tərəfdarıyam. İki ölkə arasında birbaşa danışıqların getməsi daha böyük imkanlar yaradacaq. Üçüncü tərəflərin öz maraqları var. Bu amil danışıqların getməsinə mane ola bilər. Cənab Prezident vurğulayıb ki, Azərbaycan birbaşa danışıqlara hazırdır. Məncə, ən uyğun variant məhz budur".
Moskva görüşündən gözləntilərə gəlincə, E.Məmmədyarov tərəflərin Rusiyada razılığa gələcəyinə ümid etmədiyini söyləyib:
"Moskva görüşündə razılığa gəlmək üçün zaman yetişməyib. İnanmıram ki, hansısa irəliləyiş olsun. Olsa lap yaxşıdır. Azərbaycan istənilən vaxt sülh sazişini imzalamağa hazırdır, amma Ermənistan hazır deyil".
Qeyd edək ki, ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Siyasi       Tarix: 06 may 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler xeberler azerbaycan metbuat cəbhədən xəbər