Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır - Hikmət Hacıyev

Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır - Hikmət HacıyevCənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.
"Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib. Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür", - H.Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan məhsulları artıq Ermənistana ixrac olunur, eyni zamanda Ermənistanın da məhsulları Azərbaycana idxal edilməyə başlayıb:
"Bu, qarşılıqlı etimadın formalaşması baxımından mühüm addımdır. Ümumilikdə, ölkələrimiz arasında etibarlı və dayanıqlı münasibətlər qurulmalıdır".
H.Hacıyev vurğulayıb ki, hazırda ətraf bölgələrdə müxtəlif münaqişələr davam edir.
"ABŞ–İran gərginliyi, eləcə də Rusiya–Ukrayna müharibəsi regionda təhlükəsizlik mühitinə təsir göstərir. Bu səbəbdən, biz də təhlükəsizliyin təmin olunması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu prosesdə Türkiyə və Gürcüstanla əməkdaşlıq mühüm rol oynayır", - o deyib.

Siyasi       Tarix: 17 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər