"Sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlar

Bu gün Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda "Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə çıxış edən hərbi prokuror Xanlar Vəliyev müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq cinayətlərinə və digər cinayətlərə diqqət yönəldib. O, Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq törətdikləri cinayətlərdən, o cümlədən hərbçilərimizə və dinc əhalimizə qarşı həyata keçirdikləri misli görünməmiş qəddarlıqlardan danışaraq, bütün bunların Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.
O qeyd edib ki, 30 ilə yaxın işğal müddəti ərzində Ermənistan qəsdən şəhər və kəndlərimizi dağıdıb, talayıb, bütün mədəni və dini abidələri viran qoyub:
"Azərbaycanın bir neçə şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. 67 məsciddən 65-i yerlə bir edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir olunub. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törədib, o cümlədən meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, çaylarımız çirkləndirilib və zəhərləndirilib, torpaqlarımız isə yararsız hala salınıb".
V.Vəliyev sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslərin layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.

Sosial       Tarix: 09 sentyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsus

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq. 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Belə ki, "Əmək pensiyaları haqqında"

Dənizdə batmamaq üçün bu qaydalara əməl edilməlidir

Yay mövsümündə çimərliklərə üz tutanların sayı artır. Mütəxəssislər isə dənizdə baş verən bədbəxt hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyini vurğulayırlar. -un -ə istinadən məlumatın

​Yay aylarında bu balıqları yeməyin

Sağlam və balanslı qidalanmanın əsas şərtlərindən biri olan balıq, tərkibindəki omeqa-3, vitamin və minerallarla hər fəsildə süfrələrimizin bəzəyinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yay aylarında dəniz suyunu

WhatsApp'da nömrəsiz mesajı belə göndərmək olar

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiyanı təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, dünyada ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp gizliliyi artıracaq "istifadəç

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber.az valyuta son xəbərlər bugün 2026 son xəbərlər