Sülhə atəş açan kimdir?
Azərbaycan və Ermənistanın yüksək diplomatik rəhbərliyinin üzvləri Vaşinqtonda danışıqların ikinci raunduna başlayar-başlamaz Rusiya sülhməramlı kontingentinin Qarabağdakı müvəqqəti məsuliyyət zonasında hələ də qeyri-qanuni mövcudluğunu davam etdirən erməni hərbçilər Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətindəki mövqelərini atəşə tutdular. Nəticədə azərbaycanlı hərbi qulluqçu yaralandı. Azərbaycanın cavab tədbirləri ilə qarşı tərəfin beş hərbçisi zərərsizləşdirildi.
KONKRET.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalı videosüjet hazırlayıb.
"Bir daha təkrar edək ki, mövqelərimiz Ermənistanla şərti sərhəddən deyil, Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasından atəşə tutulur. Bunu Rəsmi İrəvanın eskalasiyaya hər hansı aidiyyətinin olmadığına dair sübut kimi qiymətləndirmək olarmı? Çətin ki. Böyük ehtimal ki, Paşinyanın komandası manevr nümayiş etdirir və bununla da bu işdə əlinin olmadığını, həmçinin Qarabağ ermənilərinə görə cavabdehlik daşımadığını göstərmək məqsədi güdür.
Artıqlaması ilə cavabdehdirlər! Separatçı rejimin İrəvan tərəfindən maliyyələşdirilməsi onu Azərbaycana qarşı cinayət hərəkətlərinin ortağı və hətta təşəbbüskarına çevirir", – süjetdə qeyd olunur.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi