Sülhməramlılar PANİKADA: "Həkəri çayı üzərindəki körpü..." - FOTO

Sülhməramlılar PANİKADA: "Rusiyanın sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. 2023-cü il aprelin 23-də Azərbaycan tərəfi birtərəfli və razılaşdırılmamış hərəkətlər nəticəsində Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsi (Həkəri çayı üzərindəki körpü) ərazisində Laçın dəhlizi ilə nəqliyyatın hərəkətini kəsib. Sülhməramlı kontingentin komandanlığı Azərbaycan tərəfi ilə danışıqlar aparır.
Ağdərədə atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı bu faktı araşdırır. Ağdərə, Xocavənd rayonları və Laçın dəhlizində üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib. Rusiya sülhməramlı kontingentinin avtomobil karvanı Xankəndiyə humanitar yük çatdırıb. Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır".
KONKRET.az xəbər verir ki, bu məlumatın orijinalında Azərbaycanın toponim iradlarına məhəl qoyulmayıb.
Sülhməramlılar PANİKADA: Yuxarıda dırnağa aldığımız mətnin ilk cümləsindəki Qarabağı ruslar "Dağlıq Qarabağ" kimi qeyd ediblər. Bununla da Kreml imperialist sima yazmayacam, sifətini gizlədə bilməyib. SSRİ 32 ildir ki, süquta uğrayıb və parçalanıb. İttifaqın yenidən bərpası isə elə bu xəyallarla ölən Jirinovskinin xortlamağı kimi realdır. Daha doğrusu, torpağa, ya da tarixə gömülüb. İkinci cümlədə Rusiya Azərbaycanı birtərəfli, razılaşdırılmamış qərar verib yolu kəsməkdə günahlandırmış şəklində informasiya yayıb. Hər halda Azərbaycanın ölkə daxilində istənilən yolu kəsməyə haqqı var. İndi Həkəri çayının bir hissəsi Laçına düşür deyə Moskvanın "pritenziya" hüququ varmı? Yox, çünki onların xidmət arealına Laçın yox, həmin rayondan Xankəndiyə gedən yol daxildir.
Ağdərədəki atışmaya gəlincə, adətən sülhməramlılar atəşkəs pozmaqda azərbaycanlıları günahlandırırlar. Lap təxribatçı Arayikin böhtanlarına oxşadı. Yazının orijinalında ruslar Ağdərəni Mardakert olaraq qeyd ediblər. Diqqətlə oxuyanda həmin yazının Rusiyanın müdafiə nazirliyində yox, sanki "artsakhpress.am" saytında bölüşüldüyü təəssüratı yaradır. Ruslar separatçı, "miatsum"çu ermənilər kimi Xocavəndi də Martuni olaraq tanıyırlar.
Rusiyanın Bakıya qarşı xox "xod"unu yüksəltmək istəyi sezilməkdədir. Çünki Laçında yeni sərhəd-buraxılış məntəqəsinin açılışı Rusiyanın oradakı fəaliyyətini məhdudlaşdırır, hətta lazımsızlaşdırır.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 26 aprel 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər futbol xeberleri cebheden xeber sonxeberler