Sülhməramlılara AĞIR ZƏRBƏ: Onların da Laçın postundan hərəkəti qadağan edilə bilər - İLGİNC AÇIQLAMA

Sülhməramlılara AĞIR ZƏRBƏ: Onların da Laçın postundan hərəkəti qadağan edilə bilər - İLGİNC AÇIQLAMAQarabağda baş verən erməni təxribatlarına görə, "Laçın" sərhəd buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Araşdırma aparılmayana qədər məntəqədən keçidə icazə verilməyəcəyi bildirilir. Bu isə o deməkdir ki, ermənilər Laçın keçid məntəqəsindən istifadə edərək Qarabağa və ya əks istiqamətə hərəkət edə bilməyəcək. Bəs görəsən, ermənilərin alternativ yoldan keçməsi mümkündürmü? Yaxud bu hal ermənilərə və Ermənistana necə təsir göstərəcık?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Laçın postunun fəaliyyətinin dayandırılması, oradan avtomobillərin və digər nəqliyyat vasitələrinin keçidinin məhdudlaşdırılması olduqca vacib bir məsələdir:
Sülhməramlılara AĞIR ZƏRBƏ: Onların da Laçın postundan hərəkəti qadağan edilə bilər - İLGİNC AÇIQLAMA"Bu məsələlərlə bağlı Azərbaycanın prinsipial mövqeyi var. Erməni tərəfinin özü Qarabağda və Azərbaycanla münasibətlərdə normallaşma istəyib-istəmədiyini müəyyən etməlidir. Qarabağ ərazisində qalan ermənilərin orada normal şəkildə yaşaması üçün bu cür təxribatlara son verilməlidir. Bütün bu məsələlər ermənilərin davranışından asılı olacaq. Araşdırmalar başa çatana qədər orada bütün hərəkət tam şəkildə dayandırılmalıdır. Bu məsələ həm də Rusiya sülhməramlılarına aid edilməlidir. Yəni onların da bu ərazilərdən keçid məsələsinə nəzarət artırılmalıdır. Sülhməramlıların yükləri yoxlanılmalı, onların müşayiət etdiyi şəxslərin kimliyi araşdırılmalıdır".
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfindən əraziyə nəzarət daha da gücləndirilməlidir:
"Orada alternativ yol yoxdur, keçmiş Laçın yolu ilə bağlı məsələ artıq həllini tapıb. Bu hissədə hərəkət tam şəkildə dayandırılıb və əraziyə Azərbaycan nəzarət edir. Aprelin 23-dən sonra qurulan nəzarət-buraxılış məntəqəsi və keçən ildən istifadə olunan yol isə birdir. Bu yoldan ermənilər normal şəkildə istifadə etmək istəyirlərsə, o zaman üçtərəfli bəyanatın şərtlərinə əməl olunmalıdır. Eyni zamanda Azərbaycanla sülh və normallaşma prosesində konstruktiv iştirak etməlidirlər. Həmçinin ermənilər Azərbaycan ərazilərində bizim qanunlar altında yaşamaq istəyib-istəmədiklərini müəyyənləşdirməidirlər. Proseslərin sonrakı gedişatı daha çox bundan asılı olacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 16 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xəbərlər bugün sonxəbərlər bugünki xəbərlər xeberler bugun