Sülhməramlıların daha dörd avtomobili aksiya keçirilən ərazidən maneəsiz hərəkət edib
Şuşadan keçənXankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha dörd təminatavtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"Report"unaksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həminavtomobillər Laçından Xankəndi istiqamətinə keçib.
Bununla dagün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 20-yə çatıb. Belə ki,həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 17-si isə Rusiyasülhməramlılarına məxsusdur.
Xatırladaqki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarınınqanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası24 gündür davam edir.
Belə ki, Şuşaərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsindəetiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının(QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora sonqoyulması tələbi ilə keçirilir.
2022-ci ildekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı iləaparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və TəbiiSərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətRusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəfaydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji vədigər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyiucbatından monitorinq baş tutmayıb. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var