Sumqayıt bulvarında dənizə kanalizasiya axıdılır? - RƏSMİ AÇIQLAMA
"Sumqayıt şəhər bulvarı ərazisində dənizə çirkab su axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntü əməkdaşlarımız tərəfindən araşdırılır".
azxeber.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, faktla bağlı ərazidə ilkin monitorinqlər aparılıb, sözügedən boru xəttinin qrunt və yağış suları üçün nəzərdə tutulan drenaj sisteminə aid olması müəyyənləşdirilib:
"Drenaj sistemindəki xətlərdən birində axıntı və iy-qoxu müşahidə edildiyindən mikrobioloji təhlillərin aparılması məqsədilə nümunələr götürülüb, həmçinin sistemə kənar qoşulmaların mövcudluğunun öyrənilməsi üçün araşdırmalara başlanılıb".
İ.İbrahimova qeyd edib ki, araşdırma başa çatdıqdan sonra xətdə kənar qoşulmanın olub-olmaması və suyun tərkibi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər bulvarı ərazisində dənizə çirkab su axıdılması ilə bağlı paylaşımlar edilib.

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı