Sumqayıtda ata kar və kor övladlarına işgəncə verdi - Ana şikayət etdi

Sumqayıtda ata kar və kor övladlarına işgəncə verdi - Ana şikayət etdiSumqayıt şəhərində 1993-cü il təvəllüdlü Vaqif ailə münaqişəsi zəminində oğlu Əlini (adlar şərti verilib – red.) döyüb, arvadı Vüsaləni isə öldürməklə hədələyib.
KONKRET.az bildirir ki, hadisə Sumqayıt şəhərində 13-cü mikrorayonda baş verib.
Vaqifin barəsində İmzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vaqif bildirib ki, Vüsalə onun həyat yoldaşı olub və birgə nikahdan 3 övladları var: "Nikah pozulduqdan sonra 15 yaşlı oğlum Vüsal və 10 yaşlı oğlum Əlini götürərək anama məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə yaşamağa başladıq. Təxminən 1 il 6 ay əvvəl həmin evdən çıxdım və bağ evində ata yurdunda anamın yanında yaşamağa başladım".
Vaqif deyib ki, Vüsalə ondan aliment tələb edib: "Həmin alimenti verə bilmədim və borc yığılaraq 13000 manat oldu. Təxminən 7 gün əvvəl həmin pulu Vüsaləyə verdim. Eyni zamanda məhkəmə mənim iki övladıma 20000 manat kompensasiya verməyim öhdəsini qoydu. Mən də Vüsaləyə qaldığı evi sataraq pulu verəcəyimi dedim. Vüsalə isə həmin evin açarlarını dəyişdi və məni evə buraxmayaraq evin satılmasına problem yaratdı".
Vaqif deyib ki, təxminən 4 gün əvvəl anası ilə birlikdə Vüsalənin yaşadığı evi satmaq üçün həmin ünvana gəliblər: "Biz mənzilə daxil olduq və mənzilin bir otağında yaşamağa başladıq. Hadisə günü, saat 11.00-da oğlum Əli anamla mənim olduğum otağa daxil oldu və anamın əlindən televizor pultunu almaq istədi. Mən də ona "yaşlı adamdır, icazə ver nənən televizora baxsın" dedim. Oğlum mənim və anamın ünvanına nalayiq ifadələr və söyüşlər söydü. Anası ilə birgə mənim anamın üzərinə gəldilər. Mən də onların arasına girərək anamı qorumağa çalışdım.
Onları otaqdan çıxardım, qapını bağladım. Onlar təpiklə otağın qapısına vurdular, sonra mətbəxə keçdilər. Keçmiş həyat yoldaşım mətbəxtdə oğlumun sinəsini çırmaqladı və polis əməkdaşları gələndə onu mənim döydüyümü deməyi tapşırdı. Bildirmək istəyirəm ki, oğlumu vurmamışam və ona heç bir xəsarət yetirməmişəm".
İş üzrə izahat verən zərərçəkmiş Əlinin qanuni nümayəndəsi və anası Vüsalənin sözlərinə görə, 2 övladı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzilində yaşayır: "Vaqiflə aramda olan nikah pozulub. Oğlmu Əli 3-cü dərəcəli qulaq karlığı və toyuq korluğu xəstəsidir. Digər oğlum da gözdən əlildir. Vaqifdən boşandıqdan sonra hazırda yaşadığım həmin evdə uşaqlarımla bir yerdə yaşamağa başlamışam. Vaqif isə Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında atasının evində anası ilə bir yerdə yaşamağa başlayıb. Vaqifdən boşandıqdan sonra ondan aliment tələb etdim. Lakin alimenti vermədi və 13000 manat aliment borcu yarandı".
Vüsalə bildirib ki, təxminən 7 gün əvvəl həmin məbləği Vaqifdən alıb: "Bir neçə gün sonra Vaqif anasını da götürərək yaşadığım evə gəldi və bir otağı zəbt edərək orada yaşamağa başladılar. Elə həmin gündən demək olar ki, hər gün aramızda mübahisə olub. Vaqif və anası məni, himayəmdə olan qulaq və göz qusurlu uşağıma qarşı şiddət göstəriblər".
Vüsalənin ifadəsinə görə, hadisə günü saat 11.00-da oğlu Əli ilə evdə olanda Vaqif və anası da evin böyük otağında oturaraq televizora baxıblar: "Bu zaman oğlum da televizorva baxmaq istədi. Lakin bizim otağımızda olan televizoru Vaqif zal otağında olan televizorvun arxasından antenadan çıxarmışdı. Ona görə oğlum Vaqif və anasının olduğu otağa daxil olaraq öz otağımızda olan televizoru qoşmaq istədi. Vaqif əli ilə oğlumun boynundan və sinəsindən tutataq divara sıxdı. Sonra da döydü. Oğlumu onun əlindən aldım və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət etdim".
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Vaqif 500 manat miqdarında cərimə olunub./Teleqraf.com

Hadisə       Tarix: 22 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur

Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşı Hafiz Süleymanov itkin düşüb. xəbər verir ki, bu barədə itkin düşən şəxsin bacısı qızı Günay Əlizadə Gürcüstanın "Batumelebi" nəşrinə müraciət edərək kömək istəyib

12 yaşlı oğlan faciəvi şəkildə öldü

Füzuli rayonunda 12 yaşlı oğlan atdan yıxılaraq ölüb. APA-ya istinadən zəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsinin ərazisində baş verib. Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü R.N. avqustun 14-də atdan yıxılaraq xətəxanay

Qarışıq mallar mağazası kül oldu 

Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib. -a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasınd

Azərbaycanla sərhəddə partlayış… – Xəbərdarlıq edildi

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, "Berkaber" qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq. KONKRET.  -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafi

Əməkdar memar dünyasını dəyişdi

Əməkdar memar Əhməd İzmayılov vəfat edib. KONKRET.azxəbər verir ki, bu barədə "Yeni Sabah"a mərhumun yaxınları məlumat verib. Ə. İzmayılov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü idi. Allah rəhmə

Nofəl İbrahimov vəfat etdi

Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. unikalaz-a istinadən xəbər verir ki, mərhum Şəki Rayon Mərkəzi Xəstəxanasında çalışıb. N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib

Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanda İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, həmi

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış qeydə alınıb. xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib. Hadisə təxminən 39 dəqiqə davam edib. Bundan əvvə

ƏƏSMN-in əməkdaşı ürəktutmasından vəfat etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini Ruslan Şahvəli oğlu Əliyev dünyasını dəyişib. Məlumat


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber 2026 idman xeberleri cəbhədən son dəqiqə krimnal xeber