Sumqayıtda həkim pasiyentə heyvandarlıqda istifadə olunan preparatı tətbiq edib? - İDDİA
Sumqayıtda həkimin əməliyyat etdiyi xəstədə sonradan xərçəng yarandığı iddia olunur.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, əməliyyat olunan 38 yaşlı Nazim İsayevin anası Güləndam İsayeva oğlunun səhhəti ilə bağlı narazılıq edərək həkimləri günahlandırıb. O bildirib ki, oğlu papilloma, dəridəki xoşxassəli törəmə səbəbindən əməliyyat edildikdən sonra onda xərçəng xəstəliyi yaranıb.
Ana iddia edir ki, həkim oğluna heyvandarlıqda istifadə olunan preparatı tətbiq etdikdən sonra bu hal baş verib.
Güləndam İsayeva bildirib ki, əməliyyatdan sonra onun oğlu ilə həkimlər maraqlanmayıb. Hadisədən sonra cərraha töhmət verilib, amma bu qərar onları qane etmir.
Hadisədə adı çəkilən həkim cərrah Şahqubad Qubadov isə iddiaları qəbul etmir. Barəsində deyilənləri isə əsassız sayır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma