Sumqayıtda yanğın: Şəhərin bir hissəsi işıqsız qaldı
Sumqayıtda transformatorda baş vermiş yanğın nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.
KONKRET.azxəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, ötən gün axşam saatlarında ərazini elektrik enerjisi ilə təmin edən transformatorda yanğın baş verib.
Nəticədə mikrorayon ərazisində elektrik enerjisinin verilişi kəsilib və xeyli sayda ev işıqsız qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Amma evlərə və mənzillərə elektrik enerjisinin verilişi tam bərpa olunmayıb.
"Azərişıq" ASC-nin "Şimal" Regional Enerji Təchizatı və Satışı İdarəsinin "Sumqayıt Elektrik Şəbəkəsi"ndən "Report"un yerli bürosuna bildirilib ki, hazırda qeyd olunan ərazidə təmir-bərpa işləri aparılır.
Bildirilib ki, qısa zaman ərzində ərazidəki evlər və mənzillər elektrik enerjisi ilə tam təmin ediləcək.//Report

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu