Sumqayıtdakı qətlin detalları açıqlandı - FOTO
Sumqayıtda kişinin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
KONKRET.azxəbər verir ki, qətlə yetirilən Ağahüseyn İmanov həyat yoldaşı Əfsanə Məmmədova ilə üç ay əvvəl ailə həyatı qurubmuş.
Mərhumun qonşularının sözlərinə görə, A.İmanov əvvəllər məhkumluq həyatı yaşayıb.
Onlar bildirib ki, cütlük ailə həyatı qurandan bu günə qədər aralarında hər hansı söz-söhbət mövcud olmayıb: "O, evin tək uşağı olub. Valideynlərini erkən yaşda itirib. Ailə qurduqdan sonra Sumqayıtda restoranların birində kababçı kimi işləyirdi".
Qeyd edək ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.
İbtidai istintaq davam etdirilir.//report





Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu