Sumqayıtın gizli tarixi - ARAŞDIRMA

Sumqayıtın gizli tarixi - ARAŞDIRMASumqayıtın gizli tarixi - ARAŞDIRMA
"Bu günə qədər Sumqayıtın adı ilə bağlı bir çox izahlar verilib. Guya Hindistandan gəlib Yaxın Şərqə doğru hərəkət edən dəvə karvanında olan Sum adlı gənc və Ceyran adlı qızın sevgi "rəvayət"-ində "Sum qayıt, Sum qayıt!" çağrışı edilib və bundan sonra bu ərazi belə adlanıb. 
Birincisi, Hindistandan gələn dəvə karvanının Sumqayıtdan keçməsi nəinki məntiqlə, heç coğrafi yolla da mümkün deyil. İkincisi, Hindistandan gələn karvanda olan səyyahlar Azərbaycan türk dilində "Sum qayıt" sözü deyilə bilərdimi?"
Bizim.Media xəbər verir ki, bu fikirləri tarixçi-alim Zaur Əliyev səsləndirib. Sumqayıt şəhərinin tarixi ilə bağlı araşdırma aparan müəllif bir sıra maraqlı faktları bölüşüb:
"Sumqayıtın adında süni şəkildə zorla hind kökü axtaranlar da yanlış olaraq bunu həmin dildə müvafiq olaraq dəvə və iz mənasını bildirən "Sumq upt" ifadəsi ilə bağlamağa çalışırlar. Bu da uydurma faktdan başqa bir şey deyil. Hindistandan gələnlər Suraxanı ərazisinə gediblər. Onlar Hövsan ərazisində gəmilərdən enərək, Suraxanı Atəşgahına qədər dizləri üzərində sürünüblər.
Ona görə də, Sumqayıt adı ilə bağlı ikinci versiya da reallıqdan uzaqdır.  
"Sumqayıt şəhərinin tarixi" mövzusunda ilk tarix elmləri doktorluq dissertasiyasının müəllifi olmuş tarix elmləri doktoru Həmid Alıyev yazır:
"yerli toponimlərə zorla "uyğunlaşdırılmış" "Sum və Ceyran" əfsanəsi əslində, həqiqətdən çox-çox uzaq bir erməni uydurmasıdır. Söhbət Sumqayıtın adının özgələşdirilməsindən getdiyindən, bu termin barədə bir neçə əsaslandırılmış söz demək məcburiyyətindəyik və bildiririk ki, burada işlədilən sözlərin hamısı türk mənşəlidir və onlar yalnız yerli-milli köklərə bağlıdır".
Sumqayıt adı ilə bağlı digər versiyalar
Onlardan biri haqqında A.V. Tverdi "Qafqazın toponimik lüğəti"-də yazılır: 
"Sumqayıt-Azərbaycanda şəhər; eyniadlı çayın mənsəbində, Azərbaycanın paytaxtı Bakı şəhərinin şimalında yerləşir. Hidronim XIII əsrdə Azərbaycanın monqollar tərəfindən işğalında iştirak etmiş türk tayfası Sukaytın adı ilə bağlıdır."
Tarixçilərin fikrincə, burada Midiya tayfaları yaşayıb. Tikinti bumu zamanı, icra binasının bünövrəsi qazılarkən ərazidən qədim karvansaranın qalıqları, habelə şəxsi əşyalar və qab-qacaq aşkar edilib.
Tarixçilərin digər bir versiyası da var.
Şəhərin adı qədim türk tayfası olan "suqa" və ya "sunqa"ların adından gəlir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. "Sumqait" – "Sunqa-lar" , yəni "sunqaların yerləşdiyi ərazi" mənasını daşıyır.
Şəhərin adının mənşəyi ilə bağlı başqa bir versiya, şəhərdən bir az şimalda axan Sumqayıt çayı ilə əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.
Eyni fikri alman səyyahı İ.Lerx XVIII əsrin 30-cu illərində Sumqayıtın yerləşdiyi hazırkı ərazidə axan çayın olduğunu və onun üzrərində daş körpünün mövcudluğunu bildirib.
Semyon Bronevski 1823-cü ildə nəşr edilmiş "Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər" adlı kitabında yazır:
"Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, iki bölgə bir-birindən Suqaytı çayı ilə ayrılır"
Bu versiya daha ağlabatandır. 
Çünki tarixi sənədlərdə Sumqayıtın adı ilk dəfə 1580-ci ildə ingilis səyyahı X.Berou tərəfindən çəkilir. 1858-ci ildə fransız yazıçısı A.Dümanın "Qafqaz səyahəti" adlı kitabında Sumqayıt adlı poçt stansiyasından bəhs edilir.
Rus səyyahı İ.Berezin öz yol qeydlərində yazırdı: 
"Şəhərin yaxınlığında Suqayıt adlı bir çay axır. Bu ad onunla bağlıdır ki, havalar isti keçəndə çayda su quruyur, yağışlar mövsümündə isə çay yenidən canlanır". İ.Berezinin fikrincə, ola bilsin ki, bu ad "su" və "qayıt" sözlərindən yaranıb. Qafqazın 1808-ci ildə Almaniyada Veymarda nəşr olunmuş xəritəsində Sumqayıt çayının adı "Suqayıt" kimi qeyd olunub.
Məhz Sumqayıt şəhərinin salınması ideyası necə yarandı?
Bolşeviklər Azərbaycanı işğal edəndən sonra onlara verilən məlumata görə bəylər və xanlar öz varidatlarını Beşbarmaq, Xızı, Sumqayıt, Corat kimi ərazilərdə gizlədiblər. Bunun üçün Moskvadan xüsusi bir arxeoloqlar qrupu gəlir. Tozlu torpaqlı, dənizin ləpələrinin iri dalğalarla sahilə çırpıldığı ərazidə qazıntılar zamanı burda ilk insan yaşayış məskənləri olduğunu sübut edəcək qədim artefaktlar, əşyalar, qəbrlər, kurqanlar, qədimdə mövcud olmuş şəhər-dövlətin qalıqları tapıldı. 
Sumqayıtda yerləşən qədim tunc dövrünün yadigarı – nekropolun tapılması isə bu yerlərdə həqiqətən də qədim insanların məskən saldığını sübut edirdi. Sumqayıtın Yaşma bağları ərazisində yerləşən qədim ovdanın tapılması dediklərimizi təsdiq edir. 
Mədəniyyət Nazirliyin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov bu ovdanı belə təsvir edir:
"Yaşmada yerləşən ovdanın özəlliyi bundan ibarətdir ki, onun üzərində Qobustan, Səngəçal, Hacıqabul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi Türk tayfa damğaları həkk olunub. Bu ovdanın üzərində Salur damğasına rast gəlinir. Burada 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə, abidənin üzərində altıyadək damğa mövcuddur."
Burada tapılan qədim əşyalar paralel olaraq Mingəçevir ərazisində tapılanlarla oxşarlıq təşkil edirdi. Türk tayfalarına məxsus elementlər, petroqliflər, damğalar barədə dərhal Moskvaya xəbər verilir. 
Stalin Sumqayıt şəhərinin salınmasını niyə istəyirdi?
Yaşı minilliklərə gedib çıxan əşyaların tapılması Azərbaycan türklərinə qarşı əks planı olan Stalini narahat etməyə başladı. Çünki qədim abidələr burda minillər öncə türk xalqlarının yaşadığını sübut edirdi. Qədim artefaktlar üzərində türk yazılarının olması ərazinin türk kimliyini məhv etmək planları quran Stalinə mane olurdu.  
Ona görə də Stalin tapşırıq verir ki, dərhal Bakı ətrafında olan Abşeron, Sumqayıtla yanaşı Mingəçevir ərazisində yeni şəhər salınması məsələsini gündəliyə salsınlar. Nəticədə, Sumqayıt şəhərinin ilk layihəsi və tikintisi 1932-ci il 16 may tarixli qərarına əsasən SSRİ Xalq Ağır Sənaye Komissarlığına həvalə olunub.
İlk tikinti işləri 1938-ci ildə başlanılıb, lakin İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılıb. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinib. 
Sumqayıtda məskunlaşan alman, avstriya və macarlar ilk növbədə taxta baraklar, yataqxanalar, işləmək üçün emalatxanalar tikiblər. İlk Boru Prokat Zavodunun sexləri də bu xarici məhbuslar tərəfindən tikilib. Bu zavodda 2600 əsir işləyib. Sumqayıtda ilk yolun çəkilişi isə alman məhbusu Rixart Fukkert tərəfindən həyata keçirilib. Bu tikintilər zamanı tapılan yüzlərlə arxeoloji abidə Stalinin əmri ilə Moskvaya aparılıb". / oxu.az

Maraqlı     Baxılıb: 365   Tarix: 13 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim cəbhədən ən son xəbərlər son xeber 2026 cəbhədən ən son xəbər