Sunak Britaniyanın Ukraynaya yeni hərbi dəstək paketini açıqladı
"Ukrayna ehtiyac duyduğu və layiq olduğu sülh və təhlükəsizliyə nail olana qədər Böyük Britaniya bu ölkəyə yardımını davam etdirəcək".
KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevdə Prezident Zelenski ilə birgə mətbuat konfransında deyib.
Təkcə bu il Britaniyanın Ukraynaya 2,3 milyard funt-sterlinqdən çox hərbi yardım etdiyini xatırladan Rişi Sunak Böyük Britaniyanın gələn il də hərbi yardım göstərməyə davam edəcəyini əlavə edib.
"Siz döyüş meydanında Rusiya qüvvələrinə təzyiq etdikcə evləriniz, xəstəxanalarınız və mühüm infrastrukturunuz havadan məhv edilir. Özünüzü qorumağınıza kömək etmək üçün biz hava hücumuna qarşı dəstək, o cümlədən 120 xüsusi zenit silahı, həmçinin pilotsuz uçuş aparatları verəcəyik".
Baş nazir Sunak həmçinin bildirib ki, Britaniya Ukrayna ordusu üçün təlim proqramlarını genişləndirir və hərbi tibb işçiləri və hərbi mühəndislər hazırlayacaq. "Bundan əlavə, Böyük Britaniya ordunuz üçün xüsusi qış texnikası, həmçinin ümumilikdə 16 milyon funt sterlinq dəyərində humanitar yardım verəcək".

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü