Süni intellekt insanları pis əməllərə sövq edə bilərmi? - AÇIQLAMA

Süni intellekt insanları pis əməllərə sövq edə bilərmi? - AÇIQLAMASon illərdə süni intellektin insanların gündəlik həyatında rolu getdikcə artıb. Xüsusilə psixoloji dəstək və məsləhət məqsədilə istifadə olunan süni intellektlə bağlı müxtəlif müzakirələr ortaya çıxır. Open Al araşdırması nəticəsində məlum olub ki, süni intellektlə həftədə 2 milyondan çox insan intiharla bağlı söhbətlər aparır. Bu yaxınlarda Amerikada da yeniyetmənin ölümü ilə bağlı ailə ChatGPT-ni günahkar sayıb.
Maraqlıdır ki, həqiqətən də süni intellekt insanları pis əməllərə yönləndirə bilərmi?
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, süni intellekt yalnız mövcud situasiyaya uyğun məsləhət verən vasitədir və insanı intihara sövq etmir:
"Düşünürəm ki, süni intellekt heç bir halda həkim, psixoloq və ya insanın ən yaxın dostu ola bilməz. Təbii ki, bunu süni intellekti istifadə edən ağıllı insanlar dərk edirlər. Süni intellekt yalnız mövcud situasiyaya uyğun olaraq insanlara yol göstərən bir vasitədir. Təəssüf ki, biz bunun şahidi oluruq ki, insanlar süni intellektə aludə olurlar və son zamanlar bəzi insanlarda süni intellektin təsiri daha çox ön plana çıxır. Bu çox təəssüfləndirici bir məqamdır.
Düşünürəm ki, həm də psixoloji bir problemdir ki, insanlar artıq səmimi ünsiyyəti süni intellektə qurban verirlər. Təbii ki, insan çətin vəziyyətdə olanda öz problemini ChatGPT vasitəsilə paylaşır və onun göstərdiyi yolları da nəzərdən keçirir. Belə hallar çoxdur və xüsusən intiharlarla bağlı məsələlərdə deyə bilərəm ki, süni intellekt insanı intihara sövq etmir. O yalnız mövcud situasiyaya uyğun öz məsləhətini verir və pis niyyətlə verilmiş sorğulara heç bir halda dəstək xarakterli məlumatlar təqdim etmir".
Süni intellekt insanları pis əməllərə sövq edə bilərmi? - AÇIQLAMAEkspertin sözlərinə görə, ChatGPT-lə intihara dair söhbətlər edənlər süni intellekti günahlandırmamalıdır, çünki o yalnız insanların sorğularını əks etdirir:
"Təəssüf ki, intihar halları, psixoloji gərginlik və depressiya bu gün dünyamızda çox geniş yayılmış bir problemdir və demək olar ki, dünya əhalisinin əziyyət çəkdiyi mövzulardan biridir. Süni intellektə bu məsələlərlə bağlı müraciətlər olması tamamilə normaldır. Yəni, süni intellekt olmadığı dövrdə də intiharlar mövcud idi. Amma bu gün artıq hər hansı mövzunu süni intellekt üzərinə atmaq düzgün deyil. Süni intellekt yalnız insanların güzgüsüdür. Cəmiyyət hansı mövzulardan maraqlanırsa, süni intellekt də həmin mövzularda suallar alır və cavab verir. Bu cavablar çox vaxt sonda neqativ halları ortaya çıxara bilər". / azxeber.com

Sosial       Tarix: 29 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət bugünkü son xəbərlər xəbər.az xeberlər