Suren Sarkisyan: "Ermənistanın dəqiq mövqeyi bəlli deyil"
Ermənistan Baş nazirinin son bəyanatları erməni siyasi analitikləri özündən çıxarıb. Paşinyanın Rusiya-Ukrayna münaqişəsinə yanaşma tərzinin yanlış olmasını sübut edən politoloqlar onun hər bir fikrində səhv axtarmağa çalışırlar. Bu da Paşinyanın imicinə zərbə vurmağın bir yoludur və erməni siyasi ekspertlər hesab edir ki, belə edəcəkləri təqdirdə Nikolu qismən də olsa gözdən salmaq mümkündür. Paşinyanın "Ermənistanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi nə rusları, nə də avropalıları qane edir" bəyanatını müxtəlif aspektlərdən şərh edən ekspertlər bildiriblər ki, əslində Qərb haqlıdır. Çünki Ermənistanın bu məsələdə dəqiq mövqeyi bəlli deyil.
KONKRET.az xəbər verir ki, bunu özünün Facebook səhifəsində Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan yazıb:
"Heç kimin tərəfində ola bilməyəndə, ən yaxşı variant neytral qalmaqdır. Çünki hər iki dövlətdə əhəmiyyətli sayda ermənilər yaşayır. Üstəlik, etnik ermənilər hər iki tərəfin silahlı qüvvələrinin tərkibində yer alıb və faktiki olaraq bir-birinə qarşı döyüşür. Belə olan halda münaqişədə necə qərəzli olmaq olar? Üstəlik, Kiyevdə və Donetskdə yaşayan erməni icmasına humanitar yardım göndərirsiniz. Bununla da xarici qüvvələrin güclü təzyiqlərindən azad olursunuz. Beynəlxalq münasibətlərdə öz çəkinizi artıraraq istənilən məsələdə vasitəçi olmaq imkanınız var. Amma belə şeylərdən Paşinyanın anlayışı olmadığı üçün Ermənistanın dəqiq mövqeyi bəlli deyil", – deyə erməni politoloq gileylənib.
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ