Sürücüləri gözləyən yeni cərimələr - 150, 200, 300 manat
Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150-dən 200 manat məbləğinə artırılması təklif edilir.
Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşan sürücülər isə 250-manat yox 300 manat məbləğində cərimə ödəyəcəklər.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə bildirib ki, yüksək sürətə görə cərimə sanksiyasının artırılması bir o qədər də effektli olmayacaq.
Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 100 yox, 150 manat cərimələnməsi təklif edilir. Sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması, piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 200 yox, 300 manat məbləğində cərimə ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.
Bəzi sürücülər isə deyir ki, cərimə məbləğinin artırılması düzgün deyil. Onlar cərimənin artırılmasından daha çox marifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu deyirlər.
Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin növbədən kənar plenar iclasında müzakirə çıxarılıb, dəyişiklik 1-ci oxunuşda qəbul edilib.
/ azxeber.com
f PaylaşTurlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır