Sürücülərin nəzərinə! - Bu halda DYP sizi SAXLAYACAQ
Avtomobilin dövlət qeydiyyat nişanı yararsız olan sürücülərə Xəbərdarlıq edilib.
Törədilə biləcək hər hansı bir inzibati xəta zamanı xüsusi texniki vasitələr nömrəni dəqiq qeydə almaqda çətinlik çəkir və yaxud elektron protokol başqa bir şəxsə tərtib olunur.
Belə faktların qarşısını almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarənin əməkdaşı Elvin Hacıyev Xəzər Xəbər"ə deyib ki, sürücülər nəqliyyat vasitələrinin nömrə nişanına mütəmadai olaraq nəzarət etməlidirlər.
Adətən avtomobilin dövlət qeydiyyat nişanında hərf, rəqəm və bayrağın zədələnməsi avtoyuma məntəqələrində şırnaqlı suyun yaxından vurulması zamanı olur. Əgər nömrə nişanları normada nəzərdə tutulan standartların tələblərinə cavab verməsə, nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq olduğuna görə həmin nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılır. Yəni yol polisinin ixtiyarı var ki, həmin nəqliyyat vasitəsini saxlasın və onların istismarını qadağan etsin.
Qeyd edək ki, sürücü avtomobilinin qeydiyyat nişanında nasazlıq aşkar etdikdə ərazi üzrə qeydiyyat, imtahan mərkəzlərinə yaxınlaşıb, cütünə 50 manat ödəməklə yenisini ala bilər.
/ azxeber.com
f Paylaş
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"