Sürücülərin nəzərinə - Texniki baxışdan əlavə 40 manat ödəməli olacaqlar

Sürücülərin nəzərinə - Texniki baxışdan əlavə 40 manat ödəməli olacaqlarXəbər verdiyimiz kimi, avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliklər təsdiqlənib. 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək qərara əsasən nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.
Nəqliyyat məsələləri üzrə eksperti Elməddin Muradlı avtomobillərin texniki baxışı ilə bağlı dəyişiklikləri haqda "Yeni Sabah"a fikirlərini bildirib:
"Utilizasiya prosesi ilə bağlı başlanğıc nöqtə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş və 2019-2023-cü illəri əhatə edən "yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı" sayılır. Bu sənəddə göstərilir ki, istismara yararsız, köhnə avtomobillərin utilizasiyası həyata keçirilsin. Bununla bağlı 4 ildən çox vaxt keçəndən sonra nəhayət proqram təsdiqləndi. Baş nazirin qərarı ilə utilizasiya prosesinə start verilir. Digər qurumlar da öz üzərinə düşən işləri yerinə yetirəcəklər. Bunlardan biri də Daxili İşlər Nazirliyidir. Həmin qurum utilizasiya haqqının ödənilməsi ilə bağlı qaydaları təsdiqləyib. Texniki baxış zamanı vətəndaşlar əlavə olaraq avtomobilin ilinə görə 30 manatdan 40 manata qədər əlavə rüsum ödəyəcəklər. Bu utilizasiya fonduna köçürüləcək məbləğdir və yol polisinə, DİN-ə heç bir aidiyyatı yoxdur. Bu məbləğ fondda toplanaraq, gələcəkdə avtomobillərini utilizasiyaya verən şəxslər üçün ayrılacaq. Proses bununla bağlıdır və texniki baxışa heç bir aidiyyatı yoxdur".
Ekspert istismar müddəti bitən avtomobilləri yeriyən tabut adlandırıb:
"Köhnə avtomobillərin istismardan yığışdırılması müsbət haldır. Hər kəs bunu istəyir. Çünki ölkədə baş verən yol qəzalarının 70 faizdən çoxu köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu nəqliyyat vasitəsi yox, yeriyən tabutlardır. Həmin səbəbdən istismar müddətini başa vurmuş avtomobillərdən yaxa qurtarmaq lazımdır". / azxeber.com

Sosial       Tarix: 23 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar son xeberler bugun 2026 muharibe son xeberler azerbaycan xeber.az bu gun