Şuşa və Moskva bəyannamələri: Bakının əsas müttəfiqi kimdir? - TƏHLİL

Şuşa və Moskva bəyannamələri: Bakının əsas müttəfiqi kimdir? - TƏHLİLŞuşa Bəyannaməsi ilə Moskva Bəyannaməsi arasında böyük fərq var: birinci özündə dərin inteqrasiyanı əks etdirir, ikinci qarşılıqlı öhdəlikləri;
Hər iki bəyannamədə "qarşılıqlı hərbi yardım" məsələsindəki fərq də çox şeydən xəbər verir.
– Rusiya ilə müqavilədə qeyd olunur ki, zərurət olarsa, "tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər";
– Türkiyə ilə müqavilədə deyilir ki, zərurət yaranacaqsa, tərəflər bir-birinə hərbi yardım göstərəcək, hətta iki ölkənin ordusunun birgə fəaliyyəti təşkil olunacaq;
Təkcə bu məqam belə Azərbaycanın əsas müttəfiqinin Türkiyə olduğuna bir daha dəlalət edir. Rusiya da bunu anlayır, lakin Azərbaycandan istəkləri var və bunu bəyannamə ilə rəsmiləşdirir:
– Geosiyasi qarşıdurmada anti-Rusiya cəbhəsində yer almasın;
– Qafqaz və Xəzərə regional ölkələrdən kənar qüvvələr daxil olmasın;
– Enerji əməkdaşlığı Rusiya ilə də dərinləşdirilsin;
– İkitərəfli iqtisadiyyatda milli valyutadan istifadə edilsin, rus silahının müştərisi olmağa davam etsin və s;
Bu məsələlərdə indiyə kimi o qədər də fərqli mövqe yox idi. İndi ABŞ-Rusiya qarşıdurmasında Moskva yazılı zəmanət lazımdır.
Səbəblərdə biri Şuşa Bəyannaməsidir: Ankara və Moskva Cənubi Qafqazda təsir dairəsini qarşılıqlı paylaşsa da, ruslar üçün Türkiyənin bölgəyə gəlişi dolayısı ilə NATO-nun da gəlişidir və Rusiya Şimal Alyansının bölgədə mümkün genişlənməsini önləmək istəyir;
Digər səbəb Qərb-Rusiya qarşıdurmasının ikinci cəbhəsinin Cənubi Qafqaz olması gözləntisidir: bölgədə tarazlıq ikinin birə olmaqla Rusiya üçün risklər vəd edir; Ermənistan rus ittifaqlarında yer alır, Gürcüstan Qərb blokuna yaxındır, Azərbaycan Türkiyədən yana seçim edib; ruslar belə bir bəyannamə siyasi tarazlığı balanslaşdırır;
Bəyannamədə qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi tərəflərin müstəqil xarici siyasət yürütmə haqqı, eləcə də rəsmi Bakının xarici siyasi kursu fonunda çətinləşə bilər. Hərçənd, Rusiya da anlayır ki, Azərbaycanın xüsusilə Türkiyə ilə birgə xarici siyasətinə böyük ölçüdə təsir etmək çətindir. Moskvaya lazım olan daha çox bölgədəki siyasi tarazlığı düzəltmək, Bakı və Ankaranın birgə siyasətində rusların da maraqlarının nəzərə alınması, yaxud ən azı onların maraqlarına toxunulmaması və bu bölgədə anti-Rusiya cəbhəsinin formalaşması riskinə qarşı zəmanət əldə etməkdir.
Bakı bu zəmanəti vermək qarşılığında üç istiqamətdə nəticə əldə etmək istəyir:
Birincisi, geosiyasi təlatümlərdən kənarda qalmaq və mümkün qədər zərər görməmək;
İkincisi, Rusiyadan mümkün təzyiqləri neytrallaşdırmaq;
Üçüncüsü, Bakının post-münaqişə dövrü üçün irəli sürdüyü gündəliyin həyata keçirilməsi təminatını gücləndirmək: bura sərhədin delimitasiyasından tutmuş yekun sülh müqaviləsinin imzalanmasına qədər əsas məsələlər daxildir;
Bəyannamədə 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarının icrasının qeyd olunması bu məsələdə Bakı və Moskvanın bölgənin gələcəyinə dair eyni mövqedən çıxış etdiyini göstərir.
– Erməni qoşunlarının Qarabağdan çıxarılması, separatçıların ləğvi, kommunikasiyanın açılması, sərhədlərin müəyyən edilməsi və Ermənistan-Azərbaycan yekun sülh sazişinin imzalanması;
Sənədin bəndləri, xüsusilə 1-ci, 9-cu, 10-cu, 11-ci və 18-ci, Bakının bu tələblərinin icrasında əlini gücləndirir.
Əliyevlə Putinin qapalı görüşündə bu məsələlər müzakirə edildiyi və müəyyən razılaşmaların olduğu da istisna deyil. Görüşdən sonra mətbuat konfransında səslənən fikirlər də bu kontekstdə diqqət çəkdi, xüsusilə Putinin Paşinyanla danışığı, Əliyevin erməni qoşunların çıxarılması və Zəngəzur dəhlizi haqda dedikləri.
Əliyevin diqqətçəkən fikirlərdən biri isə 1-ci bəndi xüsusi vurğulaması, "bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar" sözləri idi. Bu, Bakının Qarabağdakı separatizmin ləğvi məsələsini də Moskva masasına daşıdığı fikrini önə çıxarır.
Asif Nərimanlı /konkret.az

Siyasi       Tarix: 24 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar

ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onu

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək

İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr İsraili aprel ayında dayandırılan müharibəyə yenidən cəlb etməklə hədələyib. ISNA-nın xəbərinə görə, Məhəmməd Baqer Zolqədr deyib ki, İran Amerikanı

Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?

Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinc

Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.   xəbər verir ki, Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında "Report"un Şərqi Avropa bürosunu

Rusiyada bu yanacaq növü də qadağan edildi

Rusiya hökuməti daxili bazarda yanacaq təchizatını sabitləşdirmək və çatışmazlığın qarşısını almaq məqsədilə dizel yanacağının ixracına tam qadağa tətbiq edib. Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimi

Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır

Ankarada NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Alyansın 36-cı Zirvə Toplantısı keçirilir. İki gün davam edəcək sammitdə kollektiv müdafiənin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukraynay


yeni xeberler son xeberler azerbaycan xeberleri sou biznes beynelxalq bank mezenne valyuta məzənnələri meherremlik 2026