Şuşa və Suqovuşana fərdi avtomobildə​ səfər edəcək​ sürücülərə XƏBƏRDARLIQ

Şuşa və Suqovuşana fərdi avtomobildə​ səfər edəcək​ sürücülərə XƏBƏRDARLIQBaş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
azxeber.com xəbər verir ki, müraciətdə deyilir:
"Ötən illərin təcrübəsi deməyə əsas verir ki, ölkəmizdə uzunmüddətli qeyri-iş günlərində əhalinin bölgələrə və paytaxta axını yollarda hərəkət intensivliyinin artmasına bilavasitə təsir göstərir. Lakin təəssüf ki, bir sıra hallarda sürücülərin tələskənliyi, yolda müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları bu günlərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını da əhəmiyyətli dərəcədə artırır.
Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına​ sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyədə keçməsi üçün ötən illərdə olduğu kimi dövlət yol polisinin şəxsi heyəti yenə də gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.
Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin​ Baş Dövlət Yol Polisi İdarəsi​ bir daha bütün hərəkət iştirakçılarını, xüsusilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilində​ ilk​ dəfə səfər edəcək​ sürücüləri diqqətli olmağa, sükan ​ arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyə,​ yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamağa, yol və hava şəraitini nəzərə almağa, ələlxüsus dağlıq relyefdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün tövsiyələrə əməl etməyə çağırır". 

Sosial       Tarix: 30 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri xeberler bugun iqtisadiyyat xeberleri bugun sosial yardim