Şuşa və Xankəndidə evlərin qiyməti Bakıdan baha olacaq?

Şuşa və Xankəndidə evlərin qiyməti Bakıdan baha olacaq?İşğaldan azad edilən ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə böyük qayıdışı həyata keçirilir. Eyni zamanda əhalinin digər qismi də işğaldan azad edilən ərazilərdə, xüsusən Şuşa və Xankəndi şəhərlərində məskunlaşmaq, ev sahib olmaqda maraqlıdır.
Bir neçə gün öncə Prezident İlham Əliyev yerli telekanallara müsahibə zamanı deyib ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır.
"Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın", – dövlət başçısı bildirib.
Qeyd edək ki, hələlik azad edilən ərazilərdə özəl şirkətlər tərəfindən tikilən binalardakı mənzillərin qiyməti məlum deyil. Ancaq bəziləri azad edilən ərazilərdə mənzillərin qiymətinin paytaxtla müqayisədə baha olacağını düşünür. Çünki bu daha çox tələb-təklif məsələsidir. Tələb çox, təklif az olduğu üçün qiymətlərin yüksək olması normal qəbul edilə bilər.
Bəs Xankəndi və Şuşada evlərin qiyməti nə qədər olacaq? Bakı ilə müqayisədə qiymətlər yüksək ola bilərmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, hazırda bu barədə nəsə demək çox tezdir:
"Ölkəmizdə, xüsusən də Bakı, Abşeron Sumqayıt ərazilərində daşınmaz əmlakların satış qiymətləri ən pik həddədir. Bakı şəhərində daşınmaz əmlak qiymətlərini 20 il bundan əvvəlki qiymətlərlə müqayisə etsək, 10-15 bəzi ərazilərdə isə 20 dəfə qiymət artımının baş verdiyini görərik. Bakı şəhərinə sürətli axın 30 ildən artıqdır ki, davam edir. Bölgələrdə satış dəyəri 30 min olan əmlak Bakıda 100-150 min manata dəyərləndirilir. Şuşa şəhərinin ərazisi kiçikdir. Ora demək olar ki, tarixi, qoruq şəhərdir. Düşünmürəm ki, gələcəkdə Şuşa şəhərində kütləvi satışlar baş versin. Həmin ərazi turizm zonasına çevriləcək".
Ekspert hesab edir ki, Ağdam və digər böyük şəhərlərimizdə tələbat Xankəndi və Şuşadan daha çox olacaq:
"Çünki Ağdam işğal olunmazdan əvvəl, demək olar ki, regionun iqtisadi mərkəzi idi. Xankəndiyə köç etmək istəyən insanların sayı çox olsa da, bu köç mərhələli şəkildə və qeydiyyatlı formada aparılacaq.
Bu baxımdan düşünmürəm ki, yaxın gələcəkdə Bakı qədər bahalı əmlaklar satışa çıxarılsın. Bu o halda baş verə bilər ki, həmin ərazidə təhsil müəssisələri, böyük iqtisadi zonalar, yeni iş yerləri, yüksək gəlirli iş mənbələri olsun. Tələbat artarsa, bu qiymətlərə də təsir edəcək. Əmlakların qiymətlərin artıran əsas amil torpaq sahəsidir.
Bu gün Bakıda daşınmaz əmlakların qiymətinin baha olması, torpaq sahələrinin qiymətinin kəskin baha olması ilə bağlıdır. Bu tikintinin maya dəyərinə təsir edir.
Şuşa şəhəri istisna olmaqla azad olunmuş ərazilərdə başdan-başa boş ərazilər var. Buna görə tikintilərin də maya dəyəri aşağı qiymətə başa gələcək. Yaxın illərdə qiymətlərin artacağı bəlli deyil. Qiymət artımı torpaq sahəsi və təlabatla bağlıdır. Təlabat artarsa, köç sürətlənərsə, satış məqsədi ilə yeni binalar inşa olunarsa, bu qiymətə də təsir edəcək".

Sosial       Tarix: 22 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler az sonxeberler