Şuşada 23 binalı yaşayış massivi gələn ilin sonu təhvil veriləcək
Şuşada yeni ilk yaşayış kompleksinin layihələndirilməsi başlanılıb.
azxeber.com "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxış edərkən Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Onun sözlərinə görə, ümumilikdə bu günə Şuşada 19 çoxmənzilli qəzalı yaşayış binası sökülüb.
"Buna paralel olaraq şəhərdə sosial infrastruktur da - yeni məktəb binası, xəstəxana, yeni məscid kompleksi, mehmanxana, konfrans mərkəzi tikilməkdədir. Şuşada 23 çoxmənzilli binaların inşasına başlanılıb. Onların ümumi sahəsi 60 min kvadratmetr olacaq və 450 mənzildən ibarət olacaq. Bu yaşayış massivinin təhvil verilməsi gələn ilin sonuna gözlənilir. Beləliklə işğal nəticəsində öz doğma yurdundan məcburi köçkün düşənlər öz doğma yurdlarına qayıtmağa başlayacaqlar", - deyə Aydın Kərimov qeyd edib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var