"Suyun qiymətində müəyyən artım olacaq" - EKSPERT
AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında Azərbaycanda su qıtlığının daha da artacağını deyib. Onun sözlərinə görə, aidiyyatı qurumlar təbiətin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdırlar. Belə olan halda su qıtlığının yaranması problemi onun qiymət artımı məsələsini gündəmə gətirir. Maraqlıdır, su qıtlığı getdikcə artarsa, qiymət artımı müşahidə oluna bilərmi?
KONKRET.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qarşıdakı illərdə suyun qiymətində bahalaşma ola bilər:
Eldəniz Əmirov,
"Buna görə də qiymət artımı təkcə içməli və suvarma üçün istifadə olunan suda yox, həm də təsərrüfat üçün yararlılıq məsələsində özünü göstərir. Yəni su çatışmazlığı kənd təsərrüfatına da ciddi şəkildə problemlər yaradır. Cənubi Qafqazda olan mövcud su ehtiyatlarının 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, cəmi 10%-i isə Azərbaycanın payına düşür. Bu bir tonun da tam olaraq 75%-i yenə də transsərhəd çaylarından qaynaqlanan su ehtiyatıdır. Başqa sözlə, ölkənin su ehtiyatları, göründüyü kimi, çox məhduddur. Buna görə də mütləq şəkildə innovativ texnoloji tətbiqləri həyata keçirmək, rentabelli yanaşmalar ortaya qoymaq və müasir suvarma sistemlərinin tətbiqinə çox böyük ehtiyac vardır. Eyni zamanda hesab edirəm ki, içməli su qənaətlə işlədilməlidir. Buna ilk və əsas səbəb isə bahalaşmadır. Suyun qiymətinin qalxması qənaətə məcburiyyət yaradan əsas faktordur.
Həmçinin bu problemi aradan qaldırmaq üçün su anbarları yaradılmalıdır. Su anbarlarının da yaradılması hazırkı şəraitdə düşünürəm ki, ekoloji həddədir və bu da müəyyən problemlər yarada bilər. Su ehtiyatı məsələsi Azərbaycanın iqtisadiyyatını qayğılandıran amillərdən biridir. Bu çatışmazlığı nəzərə alsaq, qarşıdakı illərdə təbii ki, suyun qiymətində müəyyən artım müşahidə edilə bilər. Ancaq hazırki qiymət də kifayət qədər yüksəkdir və bir neçə il artıma ehtiyac yoxdur".
Fidan Ali,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu