Şvartsnegger Ağ Evdə "təzə qan" görmək istədiyini dedi
Şvartsnegger Ağ Evdə "təzə qan" görmək istədiyini dedi
"Hazırkı prezident Co Bayden və onun rəqibi Donald Tramp "mükəmməl deyillər".
Bu sözləri ABŞ-nin Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsnegger "Politico" nəşrinə verdiyi müsahibəsində deyib.
Şvartsnegger 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində bu iki nəfərdən birini seçməli olacaq amerikalıların halına acıdığını qeyd edib.
"Bunun səbəbi odur ki, onlardan heç biri mükəmməl deyil və bunda yaş faktoru da var... Bizə "təzə qan" lazımdır. Mən həmişə deyirəm ki, bizə yeni nəsil liderlər lazımdır", - deyə Arnold Şvartsnegger bildirib.
Qeyd edək ki, 76 yaşlı "Terminator"un özü bu vəzifə üçün yarışmağa hazır olsa da, ölkə Konstitusiyasının ABŞ-dən kənarda doğulmuş insanların namizədliklərini irəli sürməsini qadağan edən tələbinə görə bunu edə bilmir.
Belə ki, Şvartsenegger Avstriyada anadan olduğu üçün ABŞ prezidentliyinə namizəd olmaq hüququna malik deyil.
Şvartsenegger 1968-ci ildə Amerika Birləşmiş Ştatlarına köçüb və 1983-cü ildə ölkə vətəndaşlığını alıb. 2003-2011-ci illərdə isə o, Kaliforniyanın 38-ci qubernatoru olub.
Mənbə: KP.ru / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var