Tacikistan sərhədə QOŞUN YIĞIR, Qırğızıstanda matəmdir - VƏZİYYƏT GƏRGİNDİR
Tacikistanla Qırğızıstan arasında iki gün davam etmiş və onlarla insanın həlak olmasına gətirib çıxarmış sərhəd toqquşmasının ardınca tərəflər atəşkəsə razı olsalar da vəziyyət gərgin olaraq qalır. Bu gün səhər saatlarında Qırğızıstanın sərhəd xidməti Tacikistanın sərhədə hərbi texnika cəmləşdirdiyini xəbər verib. Məlumatda deyilir ki, vəziyyət gərgindir və toqquşmalar yenidən başlaya bilər.
Qırğızıstan tərəfi sərhəd toqquşmalarında həlak olan mülki şəxslər və hərbçilərlə bağlı mayın 1-də və 2-də ümummilli matəm elan edib, dövlət bayraqları endirilib. Qırğızıstan tərəfi toqquşmalarda cəmi 31 nəfər itirdiyini bildirir, 200-ə yaxın yaralı var. Sərhədə yaxın kəndlərin 3 mindən çox sakini evakuasiya edilib, kəndlərdə xeyli evlər və obyektlər yandırılıb.
Tacikistan tərəfi isə toqquşmalarda 8 nəfər itirdiyini bildirir, lakin bu rəqəmin nə dərəcədə doğru olduğu məlum deyil. Çünki Tacikistanda sərt avtoritarizm hökm sürür və informasiya üzərində ciddi nəzarət var.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Tacikistan ordusu Qırğızıstan ordusunun hərbi texnika kalonuna zərbə endirib, bu zaman azı bir BTR-70 və bir tank sıradan çıxıb. Habelə iki qırğız zabitinin girov götürüldüyü bildirilir.
Xatırladaq ki, aprelin 29-da baş vermiş insidentə görə tərəflər bir-birini ittiham edirlər. Mübahisəyə səbəb sərhəddə yerləşən supaylayıcı məntəqə olub. Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb. Ertəsi gün tərəflər bir-birlərini atəş açmaqda ittiham ediblər. "Qolovnoy" supaylayıcısı qurğusu Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib.Lakin Taciksitan rəsmiləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə onun istifadəsində olub.
Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb.1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb.Qırğızısatn tərəfi bildirr ki, qarşıdurma tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb. Supaylayıcı stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa basıblar. Bundan sonra atəş açılıb. (virualaz.org) /publika.az
Xidmetler [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər