Tahir Kərimli: 'Adını eşidirik ki, "sürət qatarları" var, tısbağa kimi gedirlər

Tahir Kərimli: 'Adını eşidirik ki, ""Azərbaycan Dəmir Yolları" QSC-də müəyyən qədər struktur dəyişikliyi oldu, həm də rəhbərlik dəyişdi. Güman edirdik ki, yaxşılığa doğru nəsə dönüş olar, amma heç bir dönüş olmadı. Çox narazılığım var. ADY beynəlxalq standartlara cavab vermir. Nə estetik görünüşü, nə keyfiyyəti, nə sürəti, nə də sərnişin daşımalarındakı rolu ilə irəlidədir. Əksinə, geri qalır. Bu sahədə çox ciddi dəyişikliklər etmək lazımdır. Hökumət papağını qabağına qoyub düşünməlidir, hansı müsbət dəyişikliyi etsin ki, əhali də bundan razı qalsın..." 
azxeber.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 
O xatırladıb ki, sovet dövründə bütün dünya ölkələrinin yüklərinin 50%-dən artığı Sovet İttifaqındakı dəmir yolları ilə daşınırdı: "Bizim ölkəmiz də o vaxt Sovet İttifaqının tərkibində olduğuna görə dəmir yolları çox intensiv işləyirdi. Doğrudur, sərnişindaşımada müəyyən problemlər yaşanırdı, amma bugünkü qədər də yox. Biz indi adını eşidirik ki, "sürət qatarları" var. Yaxşı, bəs sürət qatarları Gəncəyə neçə saata çatır? Görürük ki, Çində, Yaponiyada və digər dövlətlərdə nə qədər sürətli qatarlar işləyir. Onlar saatda 300-400 kilometrlə, bizimkilər isə tısbağa yerişi ilə gedirlər. Sumqayıtla Bakı arasındakı dəmir yolunda sərnişin daşınması biabrçı vəziyyətdir. Hər dəfə rayona gedəndə 20 Yanvar dairəsindəki tıxacdan keçmək olmur, özüm də çətinlik çəkirəm. Ümumiyyətlə, mən bilmirəm, qatarların fəaliyyəti hansı intensivliklə, hansı sürətlə işləyir? Vətəndaşlar dəmir yolundan artıq imtina edirlər. Halbuki hamı maraqlı olmalıdır ki, qatarla gedib-gəlsin. Məlumatlar alırıq ki, köhnə qatarları rəngləyib təzədən reysə buraxırlar. Onlar da tısbağa yerişi yeriyirlər. Təhlükəsizlik də pis vəziyyətdədir. Tez-tez qəzalar olur. Lokomotivlər, vaqonlar sıradan çıxır... Hətta yolda nəinki heyvanları, insanları da vururlar. Qatar vasitəsilə əvvəllər bu dərəcədə adam vurmaq məsələləri yox idi. Həqiqətən, çox narahatedici vəziyyət yaranıb..." 
Xatırlatma: "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hazırkı sədri Rövşən Mürvət oğlu Rüstəmovdur. O, 2022-ci ildə bu vəzifəyə təyin olunub. 

Sosial       Tarix: 30 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler cəbhədən son xəbərlər 2026 son xeberler bugun sonxeber.az