"Taksidə qiymət artımı gözləniləndir" - Ekspert xəbərdarlıq etdi
Xəbər verdiyimiz kimi, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə kvota çərçivəsində taksi minik avtomobilləri ilə sərnişindaşımaya icazə və onun əlavəsi olan buraxılış kartının alınması üçün müraciətlərin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək davam edəcək. göstərilən tarixdən sonra müraciətlərin qəbulu dayandırılacaq və kvota tələblərinə cavab verməyən sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə verilməyəcək.
Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev azxeber.com-a açıqlaması zamanı bildirib ki, azalma söhbəti hələlik ola bilməz:
"Kvota məsələləri daha çox söz üzərində qalır, amma faktiki olaraq demək olar ki, bütün taksi sürücüləri fəaliyyətlərini davam etdirirlər. Artıq neçə illərdir müşahidə edirik ki, yeni taksi sifariş verildiyi zaman, "prius" sıradan çıxsa belə, yenə də həmin avtomobillərlə xidmət göstərilir. Taksi sifariş verən insanlar üçün əsas məsələ təcili şəkildə A nöqtəsindən B nöqtəsinə çatmaqdır. Buna görə də şikayət edənlərin sayı azdır və çox vaxt hansı avtomobilin gəlməsi sərnişin üçün ciddi əhəmiyyət daşımır. Bəzi hallarda təhlükəsizlik məsələlərinə daha çox diqqət edən, avtomobilin köhnə olmasına və ya sürücünün davranışına görə narazılıq bildirən şəxslər olur".
Ekspert bildirib ki, hazırda sertifikat əldə edənədək sürücülərə vaxt verilir:
"Hazırda sertifikat əldə edənədək sürücülərə vaxt verilir. Bundan sonra isə bir sertifikatla bir neçə sürücünün qeydiyyatdan keçərək fəaliyyət göstərməsi mümkündür. Əsas şərt odur ki, işləmək istəyən sürücü olsun. Sürücülər müxtəlif yollarla bu sistemi uyğunlaşdıraraq fəaliyyətlərini davam etdirirlər".
Nəqliyyat eksperti vurğulayıb ki, taksilərdə qiymət artımı gözləniləndir:
"Ölkəmizdə qiymətlərin enməsindən çox, artması gözlənilir və bu artıq hamı üçün adi haldır. Bir az yağış yağan kimi, avtomatik olaraq qiymətlər qalxır. Taksi sayı azaldıqda, sifarişlər asılı qaldıqda və ya kiçik bir problem yarandıqda belə qiymətlər dərhal artır".
A.Nəbiyev sürücülərin imtahan məsələlərinə də toxunub:
"İmtahanlar mütəmadi olaraq keçirilir. İmtahandan keçməyən sürücülər də fəaliyyətlərini davam etdirirlər və növbəti imtahan üçün onlara yenidən vaxt verilir. Üstəlik, bu imtahanlar o qədər də ciddi xarakter daşımır. Əsasən məntiqə əsaslanan suallardır və normal düşünmə qabiliyyəti olan insanların əksəriyyəti bu imtahanlardan asanlıqla keçə bilir. Ümumilikdə bu proses daha çox formal xarakter daşıyır".
Şahanə Ziyad
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma