Taleh Kazımov: 'Uçot dərəcəsi depozit faizlərinə gələn ildən təsir edəcək
Azərbaycan uçot dərəcəsinin depozit faizlərinə gələn ildən təsir edəcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"Hazırda bazarda kifayət qədər likvidlik var. Bizə vaxt lazımdır ki, bu likvidliyi strelizasiya edək. Yüksək likvidlik şəraitində AMB-nin faiz dərəcələri işləmir. Hesablarda olan böyük vəsaitlər bizim faizlərə reaksiya vermir. Pulun həcmini o səviyyədə saxlamalıyıq ki, onun dəyəri AMB-nin planlaşdırdığı dəhlizdə olsun.
Biz daim təkmilləşdirmə işləri aparırıq, əməliyyat çərçivəsində yeni alətlər tətbiq edirik. AMB məcburi ehtiyatlara yanaşmada yenilik tətbiq edib və biz buna bazar iştirakçılarının reaksiyasını görməliyik. Monetar və fiskal siyasətlərin güclü koordinasiyası vacibdir ki, bazarda likvidlik düzgün idarə edilsin. Bu koordinasiya vacibdir və bu koordinasiya var. Biz bunun üzərində daha çox işləyirik. Maliyyə Nazirliyi ilə koordinasiya güclüdür. Düşünürəm ki, növbəti ildən uçot dərəcəsinin depozit seqmentinə təsirini görməyə başlayacağıq", - deyə o qeyd edib.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır