Taleh Kazımovdan YENİ QƏRAR

Taleh Kazımovdan YENİ QƏRARAzərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası "Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqləyib.
KONKRET.azxəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Yeni qərara əsasən, Azərbaycanda rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları barədə vahid informasiya sistemi formalaşdırılacaq.
İnformasiya sisteminə Azərbaycan bankları, xarici bankların yerli filialları, milli poçt operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxslər valyuta əməliyyatları barədə məlumatlar təqdim ediləcək. İnformasiya sisteminin saxlanılması və fəaliyyət xərclərini AMB maliyyələşdirəcək. Bu sistemdən istifadə ödənişsiz olacaq və qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində fəaliyyət göstərəcək.
Bundan başqa, informasiya sistemindən istifadə elektron kabinet və/və ya elektron məlumat sorğulama modulu vasitəsilə həyata keçiriləcək. İştirakçılar informasiya sistemindən gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet və ya elektron məlumat sorğulama modulu vasitəsilə istifadə edə və digər əməliyyatları həyata keçirə bilər, müştərilər isə AMB-nin Elektron xidmətlər portalında Vahid Giriş Sistemi ("ASAN login") ilə eyniləşdirildikdən sonra informasiya sistemindən müştərilər üçün məlumat pəncərəsi vasitəsilə özlərinə dair valyuta əməliyyatları barədə məlumatları əldə edə biləcəklər.
Əsasnaməyə əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar gələn il martın 1-dən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə gələn il iyulun 1-dən təqdim ediləcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Sosial       Tarix: 29 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar futbol xeberleri cəbhədən ən son xəbər en son xəbərlər bugün