"Taliban" yeni konstitusiya hazırlayır - MARAQLI FAKTLAR ÜZƏ ÇIXDI
"Taliban" hərəkatı Əfqanıstanın yeni əsas qanunu olacaq konstitusiyanın layihəsini hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Taliban" tərəfindən hazırlanmış Konstitusiya layihəsinin surətini əldə edən yerli "Aamaj News" agentliyi məlumat yayıb.
"Taliban" konstitusiyası "Əfqanıstan İslam Əmirliyi"nin əsas prinsiplərini müəyyən edir. Sənəd 12 fəsil və 179 bənddən ibarətdir.
Ana yasada qanunların yalnız İslamın sünni təriqətinin dörd və ən geniş yayılmış cərəyanlarından olan Hənəfilik fiqhinə (hüququna) əsaslanacağı bildirlib: "Bütün Əfqanıstan vətəndaşları heç bir ayrı-seçkilik olmadan bərabər hüquqlara malik olacaqlar. Hökumətə İslam elminin inkişafı və dini məktəblərin yaradılması tapşırılıb. Yeni Əfqanıstan bayrağının ağ olduğu müəyyən edilib. Ölkənin rəsmi dilləri puştu və dari olacaq. Orta məktəblərdə ərəb dili tədris olunacaq".
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür