"Taliban"ı idarə edən 4 NƏFƏR: onlar kimdir və məqsədləri nədir? - MARAQLI DETALLAR

45 gün içində bütövlükdə Əfqanıstanı işğal edən və yeni hakimiyyətin əsasını yaradacaq "Taliban" hərəkatı haqqında danışılsa da, onun başında duran, liderlik edən şəxslər haqqında informasiya son dərəcə məhduddur.
Teleqraf.com-a istinadla "Taliban"ın başında duran əsas dörd fiquru və onların kimliyini oxuculara təqdim edirik:
Heybatullah Axundzadə
Hərəkatın aparıcı fiquru Heybatullah Axundzadədir. Faktiki "Taliban"a liderlik edir. Hərəkatın keçmiş lideri Akhtar Məhəmməd Mansurun Pakistan ərazisində ABŞ dronu ilə öldürülməsindən sonra 2016-cı ildə Heybatullah Axundzadə onun postunu tutub. Axundzadə uzun illər "Taliban"da ən yüksək səviyyəli prokuror rolunu oynayan din adamı olub. O, 2001-ci ildə Pakistana qaçan "Taliban" rəhbərləri arasında olub. İllərlə Pakistanda mollalıq edib, şəriət dərsi varib və onun böyük hərbi əməliyyatlara dair bilgisi azdır. "Taliban" lideri olduqdan sonra əsas məqsədi onun parçalanmasına imkan verməmək və hərəkatı bütöv saxlamaqla bütün gücləri mərkəz liderliyinə bağlamaq olub. Buna da müəyyən mənada nail olub. Eyni zamanda ABŞ-ın Əfqanıstanı ələ keçirməsindən sonra "Taliban"ın zəifləyən maliyyə imkanlarını genişləndirmək üçün çalışıb. "Vaşinqton Post"un iddiasına görə, Heybatullah Axundzadə narkotik ticarəti yolu ilə hərəkatın maliyyə durumunu böyük ölçüdə düzəltməyi bacarıb.
Əbdülqəni Biradər
Molla Əbdülqəni Biradər Əşrəf Qani Əfqanıstandan qaçdıqdan sonra əfqanlara xitab edən ilk "Taliban" lideridir. Dohada verilən açıqlamada Biradər bəyan edirdi ki, indi insanlara necə xidmət edəcəyimiz, onları necə təhlükəsizlik və inam altına alacağımız, gələcəklərini gözəl şəkildə təmin etmək kimi məqamlara üstünlük verməliyik.
Biradər 2020-ci ildə ABŞ prezidenti Donald Trampla müzakirələr aparmış və beləcə ABŞ prezidenti ilə əlaqə qurmağı bacaran ilk "Taliban" lideri kimi tarixə düşmüşdü.
Abdülqəni Biradər 2010-cu ildə Pakistanda həbs edilmiş və 2018-ci ildə azadlığa buraxılmışdı. Bundan sonra ABŞ-la müzakirələri məhz Biradər aparmışdı. Tramp dövründə ABŞ ilə "Taliban" arasında imzalanan sülh razılaşmasında məhz onun imzası var. Biradər ABŞ-la müzakirələr boyunca "ABŞ ordusunun geri çəkilməsi" məsələsində dirəniş göstərib, ABŞ-ın Əfqanıstan tamamilə çıxmasını sülh razılaşmasının təməl şərti kimi masaya qoymuşdu. Biradər daha çox hərəkatın xarici siyasətinin strateqi hesab olunur. Bir zamanlar Taliban hakimiyyətində müdafiə nazirinin müavini postunu tutub.
Məhəmməd Yaqub
Məhəmməd Yaqub "Taliban"ın qurucu lideri Məhəmməd Ömərin böyük oğludur. Hazırda "Taliban" ordusunun baş komandanı vəzifəsini icra edir. 2013-cü ildə atası Məhəmməd Ömərin ölümündən sonra önə çıxan qrupda təmsil olunan Məhəmməd Yaqub hərəkatın mötədil qanadını təmsil edir.
Alman mediasına görə, "Taliban" sürətlə ərazilərə nəzarəti təmin etməyə başladığı zaman Məhəmməd Yaqub döyüşçülərə Əfqanıstan rejim ordusuna və hökumətinə zərər verməmək, evləri yağmalamaqdan qaçmaq, bazarları və mağazaların işlək olmasını təmin etməklə bağlı çağırışın müəllifidir.
Siracəddin Haqqani
Siracəddin Haqqani "Vaşinqton Post"a görə daha radikaldır. ABŞ tərəfindən terrorçu qrup kimi tanınan Haqqani şəbəkəsinin qurucusu Cəlaləddin Haqqaninin oğludur. Əfqanıstanda ABŞ lideliyində koalisiya qüvvələrinə ən qətiyyətli hücumların təşkilatçısı kimi tanınan Haqqaninin və şəbəkəsinin aradan qaldırılması uzun illər koalisiyanın hədəfi olub. Haqqani həm atasından qalma şəbəkənin lideri, həm də "Taliban" liderinin köməkçisi vəzifəsini daşıyır.
Siracəddin Haqqani ötən il "Nyu York Times" qəzetində "Biz Talibanın istəkləri" başlıqlı köşə qələmə almışdı. Bu məqalə manşetlərdə özünə yer etsə də, oxucular redaksiyanı müəllif haqqında geniş informasiya vermədiyinə görə tənqid etmişdilər.
Beləliklə, indi dünyanın diqqətində olan Əfqanıstanda ən çox söz sahibi olan şəxslər "Taliban"ın bu dörd lideridir. Yaxın gələcəkdə onların bir yerdə olacağı, yoxsa maraqları naminə parçalanmaya gedəcəkləri ən maraqlı proses kimi qiymətləndirilir.(teleqraf.com) /publika.az

Dünya       Tarix: 19 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu sou biznes hava haqqinda butun xeberler