Taliblərin trilyonluq sərvəti - Rusiyanın ŞOK PLANI

Taliblərin trilyonluq sərvəti - Rusiyanın ŞOK PLANIPublika.az Axar.az-a istinadla Beynəlxalq Siyasi Təhlil və Proqnozlaşdırma Mərkəzinin prezidenti, rusiyalı siyasi analitik Denis Korkodinovla müsahibəni təqdim edir:
- Bir çox ekspert hesab edirlər ki, Əfqanıstanda Talibanın qələbəsi Qərbin iflasa uğramasının göstəricisidir. Buna baxmayaraq, Rusiya Federasiyasında Taliban hələ də terrorçu təşkilat sayılır. Necə hesab edirsiniz, gələcəkdə Talibanın Rusiya ilə münasibətlər qurması mümkündürmü?
- Rusiya diplomatik missiyasının Kabildə 14 avqust 2021-ci il Əfqanıstan inqilabının kuliminasiya nöqtəsi zamanı özünü aparması və Kremlin bitərəf mövqeyi fonunda Moskva ilə Taliban arasında təcavüzün olmayacağı barədə əvvəlcədən razılıq əldə edilmişdi. Bundan başqa, taliblər Kremlə Rusiyanın milli təhlükəsizliyinə maneə yaratmayacağına zəmanət veriblər.
Sonrakı hadisələr sübut etdi ki, əldə edilmiş razılaşmalar ciddi şəkildə yerinə yetirilir. Rusiyanın Əfqanıstandakı səfirinin "taliblər adekvat kişilərdir" deməsi də məhz buradan irəli gəlir. Bu halda Talibanın adekvatlığı onunla xarakterizə olunur ki, hərəkat tərəfdarları hələ ki, Moskvaya qarşı düşmənçilik nümayiş etdirmirlər və üstəlik, Rusiya ilə qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə dialoq qurmağa hazırdırlar. İlk növbədə bu, İŞİD-lə mübarizəyə aiddir. Görünən odur ki, Rusiya onun sərhədləri yaxınlığında Talibanın bayrağının dalğalanmasına razıdır. Lakin Kreml rəhbərliyi bu bayrağın tezliklə İŞİD-ləşməsinin qəti əleyhinədir. Bu məsələdə də Moskva ilə taliblər arasında tam anlaşma mövcuddur. Əfqan mücahidləri üçün İŞİD çoxdankı rəqibdir. Onlar İŞİD-i sıxışdırmaqdan və ya məhv etməkdən çəkinməyəcəklər. Taliban bunu Rusiyanın hərbi yardımı vasitəsilə ikiqat həvəslə edəcək.
Bundan əlavə, Moskva və Taliban mümkün kommersiya sövdələşmələrinin cazibədarlığını müzakirə edəcəklər. Ümumiyyətlə tərəflərin bir-birinə maraqlı təklifləri var. İndi taliblər "əmirlik" qurmaq üçün pula kəskin ehtiyac hiss edirlər. Rusiyanın isə nadir metallara və ilk növbədə, taliblərin tam nəzarətində olan litium yataqlarına ehtiyacı var. Bu yataqların ümumi dəyəri bu gün 1 trilyon dollardan çoxdur. Razılaşın ki, "əfqan cehizi" yalnız Rusiya tərəfindən deyil, bütün ölkələr tərəfindən Talibanın tanınması üçün kifayət qədər cəlbedicidir.
Maraqlıdır ki, Talibanın liderləri özlərini kifayət qədər peşəkar kommersiya strateqləri kimi aparırlar. Onlar dünya ölkələrinin litiuma olan tələbatlarını kifayət qədər tez müəyyənləşdirə biliblər ki, bu da danışıqlar prosesində onların əsas "kozırı" olacaq.
- Bundan sonra nəinki Əfqanıstanda, həm də Yaxın Şərqdə geosiyasi qüvvələr nisbəti necə olacaq?
- Taliblərin qlobal iddiaları var. İlk növbədə onlar Asiya regionunun qonşu ölkələrinə - Özbəkistana, Qazaxıstana, Qırğızıstana öz təsirlərini yaymaq məqsədi güdəcəklər. Əminəm ki, yaxın gələcəkdə onlar məhz bu ölkələri öz xütbələri üçün sevimli yerlər kimi seçəcəklər.
Mənim fikrimcə, ən dəhşətlisi odur ki, taliblərin Əfqanıstanda qələbə qazanması müxtəlif terror təşkilatları üçün (İŞİD, Əl-Qaidə) "bizdə də alına bilər" düşüncəsinin yaranmasına gətirib çıxarsın.
- Sizcə, digər ölkələr də taliblərlə diplomatik münasibətlər quracaq?
- Hazırda dünya ölkələri taliblərə can atmırlar, çünki əfqan mücahidləri ölkəni idarə etməyi indi-indi öyrənirlər. Bəli, onlar hərbi qələbə qazanıblar, Əşrəf Qənini deviriblər və şəriət normalarının yumşaldılmasını elan ediblər. Ancaq onlar yalnız indi dövləti necə idarə etməyi öyrənirlər. Təbii ki, indi taliblərin beynəlxalq aləmdə söylədikləri heç bir sözə inanmaq lazım deyil. Taliblərin Əfqanıstanı necə idarə edəcəyini və qonşu ölkələr üçün hansı təhdidlər yarada biləcəyini zaman göstərəcək. Buna görə də onlarla əlaqələr qurmağa bir çox ölkə tələsməyəcək. Əfqanıstanda vəziyyət yaxın bir ay ərzində yüz dəfə dəyişə bilər.

Dünya     Baxılıb: 380   Tarix: 20 avqust 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli sonxabar son.xabar son xeberler bugun 2026 muharibe