TAM MƏXFİ: İranın Azərbaycanla bağlı gizli sənədi ÜZƏ ÇIXDI
İran Azərbaycanla münasibətlərə yenidən baxmağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Albaniyada yerləşən və İran Xalq Mücahidləri Təşkilatına (MEK) bağlı olan "Rise for Revolution" haker qrupu tərəfindən ələ keçirilən məxfi sənəddə bildirilir. Qrup İran rejiminə qarşı döyüşür.
İran Xarici İşlər Nazirliyinin İran hökumətinə təqdim etdiyi "tam məxfi" qeydli sənəddə Azərbaycanla münasibətlərə yenidən baxılması tövsiyə edilir.
İran hökumətinin serverlərinə hücum mayın əvvəlində qrup tərəfindən həyata keçirilib. Hakerlər minlərlə məxfi sənədlə yanaşı, İran hökumətinin müxtəlif idarələrinin rəhbərləri də daxil olmaqla, 11 mindən çox məmurun məlumatlarına çıxış əldə ediblər. Mayın 29-da ələ keçirilən sənədlər qrupun telegram kanalında hissə-hissə yerləşdirilib.
Bu sənədlərdən biri olan İran Xarici İşlər Nazirliyinin xarici kəşfiyyat və təhlükəsizlik idarəsinin ölkə hökumətinə göndərdiyi hesabatda Azərbaycana qarşı siyasi kursun arzuolunan dəyişikliyi ilə bağlı məlumatlar yer alır.
"Azərbaycan hökuməti İran İslam Respublikasının təmkinli və mehriban qonşuluq siyasətini yanlış anlayıb. Bunu zəiflik kimi qiymətləndirib. Və Azəraycan yanlış nəticəyə gəlib ki, ölkəmiz birbaşa münaqişədən qaçacaq", – məxfi sənəddə deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi