Tanınmış atçılar prezidentə müraciət etdilər

Tanınmış atçılar prezidentə müraciət etdilərUzun illərdir atçılıq idmanı və at yetişdiriciliyi ilə məşğul olan bir qrup mütəxəssis bu sahədə yaranmış vəziyyət və problemlərlə bağlı mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, məşqçilərin, çaparların və at yetişdiricilərinin təşkil etdiyi tədbirdə hazırda ölkədə atçılıq idmanı ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı bildirilib. Çıxış edən "Xan xan" Atçılıq idman klubunun rəhbəri, at yetişdiricisi Rəşad Əhmədov bildirib ki, Prezident İlham Əliyevin 2006-cı ildə atçılığın inkişaf etdirilməsi ilə bağlı imzaladığı fərman yetərincə icra edilmir və hazırda bu sahə böyük böhran içindədir: "Xeyli vaxtdır ki, yarışlar dayanıb və yarışlar keçirilmir. Həmin fərmanda cavabdeh qurum kimi Kənd Təsərrüfatı ilə Mədəniyyət və Turizm Nazirliyi göstərilib. Lakin Kənd Təsərrüfatı Nazirliyi ümumiyyətlə bizə yaxın gəlmir. Mədəniyyət və Turizm Nazirliyi də bu sahə ilə maraqlanmır. Bizlər uzun illərdir bu sahəyə can qoymuşuq, xeyli uğurlar əldə etmişik. İndi çaparlarımız, məşqilərimiz işsiz-gücsüz qalıb, bəziləri fəhləlik edib ailələrini dolandırır".
Müxtəlif yarışların iştirakçısı və qalibi olmuş çapar-məşqçi Nazim Azayev qeyd edib ki, uzun müddətdir ki, atçılıq idmanı ilə məşğul olur: "Xeyli müddət atçılıq üzrə qabaqcıl ölkələrdən olan İrlandiyada işləmişəm, bu sahədə böyük təcrübəm var və xeyli vaxtdır Azərbaycanda fəaliyyət göstərirəm. Deyə bilərəm ki, atçılıq ən ağır idman növlərindən biridir. İstər cıdır, istər konkur, istərsə də digər nümunəvi növlərdə olan idmançılar özlərini yeişdirməklə yanaşı həm də digər canlını, yəni atı da mükəmməl idarə etməlidir. Eyni vaxtda ikisini də bacarmaq çox məşəqqətlidir. Əvvəllər ölkəmizdə atçılıqla bağlı yarışlar keçirilirdi, müəyyən tədbirlər olurdu. Son illərdə isə vəziyyət daha da pisləşib. Demək olar ki, heç bir yarış keçirilmir, ölkəmizə gətirilən cins atlar formadan düşüb, məşqlər keçirilmir. 2021-ci il mövsümü başa çatmaq üzrədir. Hələ də heç bir yarış təşkil edilməyib".
N.Azayev əlavə edib ki, Azərbaycan atçıları illər əvvəl MDB ölkələri arasında keçirilən Prezident Kuboku kimin yarışda qalib gəlsə də, hazırda bu sahə tamamilə tənəzzül edib. Cıdır Mərkəzinin, Binə Hippadromunun vəziyyəti göz önünüdədir. tamamilə baxımsız vəziyyətdə qalıblar. Bu vəziyyət bizləri – atçılıq üzrə ixtisaslaşmış mütəxəssisləri çox məyus edir. Biz istəyirik ki, ata-babalarımızdan qalan, böyük ənənələri olan Azərbaycan atçılığını yaşadaq, inkişaf etdirək. Bununla bağlı dövlət başçısına da müraciətlər ünvanlamışıq. Bütün səlahiyyətli orqanlardan bir daha xahiş edirik ki, Azərbaycanda atçılığın məhv olmasına imkan verməsinlər".

İdman       Tarix: 24 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün