Tanınmış həkim çağırış etdi: "Kimin vicdanı varsa, toppuş xanımları şikəst etməsin"

Tanınmış həkim çağırış etdi: Son dövrlər Hippokrat andına xəyanət edərək pasiyentlərinə sadəcə biznes obyekti kimi baxan həkimlərin sayı durmadan artır. İnformasiya bolluğunda tez-tez belə xəbərlərlə qarşılaşırıq. Gəlir gətirən sahələrdən biri də biznesmen həkimlər üçün mədəkiçiltmə əməliyyatlarıdır. Fəsadları izah olunmur, dieta və idmana yox, məhz əməliyyata sürüklənir çəkisi ilə kompleks yaşayan xanımlar. Azərbaycanda üzdə olan xanımların mədəkiçiıtmə əməliyyatından sonra ağır xəstəliklərə düçar olub, cavan yaşda həyatdan köçməsi heç kimə sirr deyil. Biraz araşdırma aparsaq, hər kəsin bu əməliyyatın fəsadından əziyyət çəkən bir yaxınının olması faktına rast gələrik. Tanınmış həkim Aytən İsmayılzadə mədəkiçiltmə əməliyyatının fəsadlarından danışaraq xanımlara bu yoldan çəkinməyə çağırış edib.
 KONKRET.az Aytən xanımın sözügedən çağırışını təqdim edir:
"Xanımlar, dəyərinizi bilin. Yeyib – içib kökəlib sonra da bıçağı verirsiz cərraha ki, "Al mənim mədəmi kəs tulla, al bu da üstündə neçə min pul".
Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. İndi kimlərsə fikir bildirə bilər ki, mən yarımcan filan deyiləm, əlləri qızı doktorum məni fit qız eləyib". Elə deyil. Bu cahillikdən başqa şey deyil. Elə intihar kimi bir şeydir öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsdirib tullamaq.. Siz elə başa düşürsüz ki, problem mədənin böyük olmasındadır ki, bədən kökəlib? Xeyr. Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və s ötrü yemək.. O zehinlə ki, özümüzü kiçik görürük. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda o boyda vacib orqanı tikə para edib atırıq zibilə? Niyə? Az yeyək deyəmi? Bəs dəyərmi? Az yeyək deyə, sadəcə az yeyib arıqlayaq deyə bu cür nizamlı balansı pozmaq olarmı? Günah deyilmi? Əbəttə günahdır! Bunu edənə də, etdirənə də günahdır. Mən sizinlə tam səmimiyəm, xanımlar, dəyərinizi bilin. Fiziki bədəniniz ruhunuz evidir. Onu düzgün bəsləyin. Onu istədiyiniz kimi zədə verərək düzəltməyə ixtiyarınız yoxdur. Biz bizə məxsus deyilik. Biz özümüzü yaratmadıq. Necə ki bir ana uşağının barmağına iynə batsın istəməz, o cür də özünüzə yanaşın. Qoruyucu və sevərək!
Mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin. Mədənin hissələri bir birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr və buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsiıib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, Mədə kəsilmə olmalıdır. Çünki sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur.
Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı. Öz görünüşümüzə görə deyil.
Deyək ki, bəzi insanları başa düşdük, xanımdır, başa düşmür bu hissəsini, ancaq görüntü axtarır. Bəs öz xalqıma xas toppuş qızların da mədəsini kəsməyə əlini bulaşdıran həkimlərə nə deməli?
Bu ki faciədir! Buna aid instaqramda çoxsayda reklam şəkilləri var. Öncə və sonrası çox da fərqlənməyən şəkillər. Sadəcə dəhşətdir.
Heç bir səhiyyə sistemindən insan isə çıxıb "dur" demir. Belə işlərə görə o cür həkimlərə ümümiyyətlə əməliyyat etməyi qadağan etməlidirlər. Lakin bu bu günkü dunyada mumkun deyil.
Bu əməliyyatı icra edənlər deyə bilər ki, ay artıq çəki, dizlər, ürək, təzyiq, şəkər və s. Yəni bu problemlərə gətirir. Tamam. Artıq çəki özü bir problemdir. Ancaq pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Lap da pisləşmirmi? Mədə kəsilibsə bir çox minerallar sorula bilmir, zulal yaxşı həzm olmur, kimdəsə öyümə qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimo tələb edir. Balans pozulması dərinləşir. Ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir…
Hər kəsin ki, vicdanı varsa toppuş xanımları şikəst etməsin. Hər kəs ki, bu işdə peşman olubsa ətrafına bunu bildirsin. Video çəkib paylaşsın. Heç kim heç kimin kopyası olmalı deyil. Həyatımızın hər dövründə də eyni olmalı deyilik. Buna məcbur deyilik. Bizi buna məcbur edən yenə zehnimizdir. Sosial şəbəkələrdən, ətrafdan hərənin bir daş atdığı zehnimiz.
Və peşman olan xanımlar bunu bir xəstəlik üçün etdiyinə özünü inandırsın. Özümüzü buna inandıraq ki, ruhumuz bizdən əvəz çıxmasın.
Ola bilər bu yazım kimlərisə demotivə edər, həyat davam edir, özünüzdən üzr istəyin, və ola biləcək ən gözəl şəkildə bədəninizi qorumağa, sağlam tutmaağa davam edin.
Ona görə yazdım ki, bu yola getmək istəyən xanımlar bir daha düşünsün, doğru yol seçsinlər. Yeyəndə də, yeməyəndə də özümüzə zərər vurmamalıyıq".Moderator.az

Sağlamlıq       Tarix: 24 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun xəbər.az son xəbərlər bugün 2026 novruz bayramı