Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısındaTanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
azxeber.com apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, ifadəsi zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Kənan Rəsulov barədə danışıb:
"Audit işi ilə bağlı 2019-21-ci illər arasında müqavilə imzalamışıq. Layihədə qanunsuzluqlar isə 2022-ci ildə ortaya çıxıb. Bizə auditlə bağlı müraciət isə 2022-ci ilin ortasında olub. İlin ortasında müraciət olunub deyə audit üçün il sonunu gözləməli idik. Bizim audit apardığımız 2019-21-ci illər arasında heç bir qüsur aşkarlanmayıb".
Təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmişlə olan əlaqələrindən və imzaladığı müqavilələrdən danışıb:
"Kənanı "Muğanbankın" şöbə müdiri olan dostuma görə tanımışam. O xarici dili bilmirdi deyə sənədlər barədə kömək etmişəm. Layihənin davamlılığı üçün Avropa Yenidənqurma və İnkişaf Bankına hesabatlar təqdim edirdik".
Məhkəməyə ifadəsi zamanı təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmiş şəxslə daha əvvəl xidməti müqavilə imzaladığını deyib:
"2022-ci ilin yanvarın 6-da biz Kənan Rəsulovla 224 min dollarlıq xidməti müqavilə imzaladıq. Kənan bununla razılaşdı. Bizim işimiz kreditin ayrılması ilə bağlı deyildi. Altı ay sonra isə hüquqi müqavilə imzaladıq. O zaman pulun necə veriləcəyi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Kənan arasında razılıq əldə edildi. Həm kredit, həm də qrant ayrıldı. Bu işləri Kənan özü edib".
Təqsirləndirilən şəxs, həmçinin, bildirib ki, zərərçəkmişlə arasında bağlanan müqavilə ilə bağlı ona heç bir ödəniş edilməyib.
Məhkəmə prosesi mayın 8-nə təyin edilib.
Növbəti prosesdə təqsirləndirilən şəxsin ifadəsi davam edəcək.
Qeyd edək ki, "PKF Audit Azerbaijan" və "PKF Audit Consultinq" MMC-lərin təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.
İstintaqla Z.Hüseynzadənin 2022-23-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.
Həmçinin, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.
Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.

Sosial       Tarix: 25 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün xeber az xeber.az bu gun sonxabar