"Tarixin sonu və sonuncu insan" kitabının müəllifinin Rusiyaya girişi QADAĞAN EDİLDİ
Rusiya ABŞ-ın tanınmış elm adamı, filosof Frensis Fukuyamaya sanksiya tətbiq edib.
KONKRET.azxəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Onun Rusiyaya girişi qadağan olunub.
Məlumata görə, F.Fukuyama Rusiyanın Ukraynaya qarşı müharibıəsinə qarşı çıxış edib. O, hərbi əməliyyatlardan əvvəl ABŞ Prezidenti Cozef Baydenə Ukrayna ətrafında gərginlik yaradan Rusiyaya qarşı sanksiya tətbiq olunmasını təklif etmişdi.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 28-də C.Baydenin xanımı və qızı da daxil olmaqla ABŞ-ın 25 vətəndaşını sanksiya tətbiq edib.
Qeyd edək ki, filosof, politoloq, siyasi iqtisadçı və yazıçı Yesixiro Frensis Fukuyama 1952-ci il oktyabrın 27-də ABŞ-ın Çikaqo şəhrində anadan olub.
F.Fukuyama 1992-ci ildə çap etdirdiyi, çox keçmədən dünyanın 20-dən artıq dilinə tərcümə edilərək beynəlxalq bestsellerə çevrilmiş "Tarixin sonu və sonuncu insan" əsəri ona dünya şöhrəti qazandırıb.
Hazırda Stanford Universitetinin professorudur.//Report
Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?