"Tarqovı"da turistə hücum edən gənclərə - Ağır cəza
Bakının Səbail rayonu ərazisində – "Tarqovı" adlanan məhəllədə Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Şahin Cavadov və Asif Bağışova hökm oxunub.
KONKRET.az xəbər verir ki, hər iki gənc Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, gənclər ötən il fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində Pakistan vətəndaşı Umar Farooqa bıçaqla hücum edərək içərisində 2 000 ABŞ dolları, 50 manat və sənədlər olan cüzdanını quldurluq yolu ilə talayıblar. Belə ki, pul kisəsi arxa cibində açıq görünən turist 26 yaşlı Şahinin və 24 yaşlı Asifin diqqətini çəkib və onlar həmin şəxsi təqib ediblər. Daha sonra əcnəbiyə hücum edən şəxslər onun pulqabısını götürərək qaçıblar.
Məhkəmənin hökmü ilə Şahin Cavadova 9, Asif Bağışova isə 8 il həbs cəzası verilib.
Qeyd edək ki, həbs edilən gənclər əvvəllər də oxşar əməllərə görə məhkumluq həyatı yaşayıblar. (Qafqazinfo)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi