Tbilisi Kiyevdən bunu gözləmir: ukraynalılar NİYƏ BEZİBLƏR?
"Gürcüstan hakimiyyəti Kiyevdən keçmiş prezident Mixeil Saakaşvilinin Ukraynaya təhvil verilməsi tələbini gözləmir".
Publika.az xəbər verir ki, bunu cümə axşamı hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze "İmedi" telekanalına müsahibəsində deyib.
"Məndə olan məlumatlara görə, bu (red: Saakaşvilinin transferi tələbi) müxtəlif səbəblərdən, o cümlədən Mixeil Saakaşvilinin ukraynalıları öz şıltaqlığı ilə bezdirdiyinə görə baş tutmayacaq", - Kobaxidze sualları cavablandırarkən deyib.
Keçmiş prezidentin anası Giuli Alasanian cümə axşamı günü videomüraciət yayaraq, Ukrayna prezidenti Vladimir Zelenskidən oğlunun Kiyevə qaytarılmasına kömək etməsini istəyib. O, bir aydan artıqdır ki, həbsxanada aclıq aksiyası keçirən Saakaşvilinin lazımi müalicəni Ukraynada ala biləcəyinə inanır.
Zelenski daha əvvəl bəyan etmişdi ki, Kiyev bütün səviyyələrdə Saakaşvilinin geri qayıtması məsələsini qaldıracaq. Xarici işlər naziri Dmitri Kulebanın izah etdiyi kimi, Ukrayna siyasətçiyə kömək etmək üçün "ən yaxşı alqoritmi seçir" və bu, təkcə ekstradisiya tələbi ola bilməz.
Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Saakaşvili son vaxtlara qədər Ukraynada yaşayırdı və bu ölkənin vətəndaşlığına malikdir.
Hüseyn
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm