TƏBİB: 'Suda boğulma ilə bağlı 47 müraciət daxil olub

TƏBİB: 'Suda boğulma ilə bağlı 47 müraciət daxil olubTƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 03.06.2023-13.08.2023 tarixləri aralığında suda boğulma ilə bağlı ümumi 47 müraciət daxil olub.
TƏBİB-dən azxeber.com-a verilən məlumata görə, onlardan 7 nəfərə yerində tibbi yardım göstərilib, 19 nəfəri hospitalizasiya olunub, 19 nəfər şəxs tibb müəssisəsinə çatdırılmadan vəfat edib.
Qeyd olunub ki, hər gün dövlət nəzarəti olan 19 çimərlikdə təcili yardım briqadaları növbədə dayanır. Suda boğulan şəxslərə ilk tibbi yardım tədbirlərini həyata keçirmllək üçün hər bir təchizat və təminat mövcuddur.
Tədqiqatlar göstərir ki, vaxtında və düzgün ilk yardım göstərməklə suda boğulanı həyata qaytarmaq mümkündür. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90%-ni, 6-7 dəqiqədən sonra isə yalnız 1-3%-ni xilas etmək mümkündür. Boğulan şəxsi sudan çıxardıqdan sonra ilk tibbi yardım tədbirləri başlanmalıdır.
Su bərk yad cisim olmadığına görə tənəffüs yollarını tutmur. Ona görə də suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarına və mədəsinə yığılmış suyun xaric edilməsinə vaxt itirmək lazım deyil. Dərhal ürək-ağciyər reanimasiyası başlanmalı və Təcili tibbi yardım xidmətinə müraciət edilməlidir. Zərərçəkəni arxası üstə uzadıb ağızdan 2 uğurlu nəfəs vermək lazımdır. Sonra isə ürəyin qapalı masajı 1 dəqiqədə 120 təzyiq olmaqla icra edilməli və sonra yenə də 2 dəfə tənəffüs verilməlidir. Bu hərəkətlər ən az 5 dövr təkrarlanmalıdır.

Sosial       Tarix: 18 avqust 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar bu gune olan xeberler xeberler bugun