TƏBİB xəstəxana rəhbərlərinə xəbərdarlıq

TƏBİB xəstəxana rəhbərlərinə xəbərdarlıqBakı Baş Səhiyyə Mərkəzində Mərkəzin tabeliyində olan tibb müəssisələrinin 2022-ci ilin 6 aylıq yekun hesabatına həsr olunmuş iclası keçirilib.
TƏBİB-dən azxeber.com-a bildirilib ki, iclasda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, direktor müavinləri, şöbə müdirləri, tabeli tibb müəssisələrinin rəhbərləri iştirak edib.
İclasda çıxış edən Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi Statistika və Analitika şöbəsinin, Maliyyə Departamentinin, Monitorinq və Nəzarət Departamentinin, Əlillik məsələlərinə nəzarət şöbəsinin əməkdaşlarının məruzələri dinlənilib.
Eyni zamanda, 13 nömrəli Şəhər Poliklinikasının, 8 nömrəli Uşaq Poliklinikasının, Xocasən Sağlamlıq Mərkəzinin rəhbər şəxsləri sözügedən tibb müəssisələrinin 6 aylıq yekun hesabatı barədə çıxışlar edib, görülən işlər barədə məlumat verib.
Sonda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov tibb müəssisələrinin cari problemləri, mövcud çatışmazlıqlar və problemlərin həlli yolları barədə çıxış edib, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. Belə ki, tibbi xidmətin təşkilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qərarlarına, hüquqi-normativ sənədlərin icrasına ciddi riayət olunmasının, əhalinin maarifləndirilməsi istiqamətində tibbi fəaliyyət göstərilməsinin, etik davranış qaydalarına əməl edilməsinin təmin olunmasının, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
Elçin Əmirov çıxışında Bakı Baş Səhiyyə Mərkəzinin gələcək planları haqqında da məlumat verib. Yaxın dövr ərzində Mərkəzin bütün müəssisələrini əlaqələndirən "Çağrı Mərkəzi"nin yaradılacağı, təmirə ehtiyacı olan bir sıra tibb müəssisələrinin təmiri, kompüterlərlə təmin olunması, tibb müəssisələrinə giriş-çıxış qeydiyyatının elektronlaşdırılması, tibb işçilərinin təminatının, müəssisələrin təchizatının yaxşılaşdırılması üçün işlər görüləcəyi vurğulanıb.
Ən çox şikayət daxil olan müəssisələrin rəhbərlərinə öz işlərində dönüş yaratmaları üçün bir daha xəbərdarlıq edilib. Bundan sonra şikayət daxil olan müəssisə rəhbərləri ilə bağlı daha sərt inzibati cəza tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.

Sosial       Tarix: 06 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər xeberler bugun 2026 valyuta mezennesi 2026 cəbhədən görüntülər