Təcavüz, soyğunçuluq, qətl cinayətlərinin daha çox baş verdiyi ölkələr - SİYAHI

Təcavüz, soyğunçuluq, qətl cinayətlərinin daha çox baş verdiyi ölkələr - SİYAHIBu gün bütün dünya ölkələrində kriminal hadisələrin statistikası artıb. Artıq iş o həddə çatıb ki, baş verən cinayət hadisələrinin xarakteristikası üzrə ölkələrin siyahısı dərc edilir.
KONKRET.az xəbər verir ki, siyahıda dərc edilən ölkələrdə daha çox zorlama, təcavüz və narkotik vasitələrin qanunsuz dövriyyəsi üstünlük təşkil edir.
Məsələn, Əfqanıstandan digər ölkələrə narkotik maddələrin ixracı ilə bağlı vəziyyət dözülməz həddə çatıb. Hətta Qarabağın vaxtilə işğalda olan nəzarətsiz ərazilərindən Əfqanıstandan gətirilən narkotik vasitələrin satışından tranzit kimi istifadə olunub.
Vyetnam isə dünyada fahişəliyin, qadınların cinsi istismarının və seks turizminin ən çox geniş yayıldığı ölkələrdən birincisidir. İldə bu qanunsuz sektorda milyonlarla dollar məbləğində pullar qazanılır və çirkli biznesin inkişafına sərmayə qoyulur.
Hindistanda isə vəziyyət başqadır. Zorlama halları, qadınlara təcavüz ailə-məişət zəminində adi hala çevrilib. Hindistanın müxtəlif vilayətlərində qadınların, azyaşlı qızların cinsi təzavüzə məruz qalması ilə bağlı statistika ötən il rekord həddə çatıb. Demək olar ki, hər gün polis idarələrinə bir vilayətdən onlarla belə məlumatlar daxil olur. Xüsusən, kimsəsiz qadınlar, yetkinlik yaşına çatmayan qızlara qarşı amansız şəkildə cinsi istismar halları artıb.
Nigeriyada da vəziyyət dözülməz həddədir. Artıq BMT tribunasında belə bu ölkədə qadınların cinsi istismarı, zorlama halları ilə bağlı hesabatlar müzakirə edilib. Nigeriyada qadınlara təcavüz gündən-günə faciəli şəkildə artır.
Ölkələr üzrə statistik göstəricilərdə Rusiya və Ukraynada da qadın alveri cinayətkarlığı geniş yayılsa da, daha çox quldurluq, soyğunçuluq və zorlama halları geniş vüsət alıb. Doğrudur, Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynada kriminal hadisələrin statistikasında kəskin azalma hiss olunur. Ekspertlər bunu müharibə ilə əlaqələndirirlər. Bəzi versiyalarda isə deyilir ki, Ukrayna Daxili İşlər Nazirliyi hazırda bununla bağlı məlumatların yayılmasında maraqlı deyil və ictimaiyyətə verilən informasiyalarda daha çox müharibə cinayətləri əks olunur. Rusiyada isə vəziyyət elə də ürəkaçan deyil. Ölkənin əsas böyük şəhərlərində kriminal hadisələrin miqyası hər il artır.
Banqladeşdə isə polis əməkdaşlarına qarşı cinayət halları çoxalıb. Elə hallar olur ki, hüquq mühafizə orqanlarının işçiləri ilə qarşıdurmada qətllər də baş verir. Banqladeş dövləti xüsusi tədbirlər həyata keçirsə də, hələ ki, bu sahədə ciddi problemlər həll olunmayıb. Polislərə qarşı zorakılıq ölkənin baş ağrısına çevrilib.
Avropanın inkişaf etmiş ölkələrindən biri olan Belçikada isə qətl cinayətləri kifayət qədərdir. Kriminal xronologiyada cinayət hadisələrinin 60 faizindən çoxu silahla öldürmə təşkil edir.
İsveçrədə də sən demə, cinayət hallarına rast gəlinirmiş. Belə ki, çirkli pulların yuyulması ən çox kriminal hadisələrin rast gəlinmədiyi İsveçrədə baş tutur.
Avropanın daha bir ölkəsi Polşada isə cibgirlik əsas kriminal hadisə sayılır. Ölkənin daha sıx olan ticarət mərkəzlərində, növbə olan iaşə müəssisələrində, idarə və təşkilatların qarşısında onlarla, qrup şəklində cibgirlərə rast gəlmək olar. Polis şöbələrinə pullarının oğurlanması halları ilə bağlı xeyli şikayətlərə və müraciətlərə rast gəlinir.
Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiyada cinayət hadisələri içərisində soyğunçuluq daha çox üstünlük təşkil edir. Bank və restoranlar, böyük ticarət mərkəzlərinə silahlı basqın halları kifayət qədərdir.
Filippin isə narkokuryerlik hadisələrinə görə siyahıda ön yerlərdən birini tutur.
ABŞ isə son illər silahlı basqınlara görə dünyada lider ölkələrdən birinə çevrilib. Xüsusən orta məktəblərdə, universitetlərdə günahsız insanların odlu silahla öldürülməsi adi hala çevrilib. Cinayət motivlərinin əsas səbəblərindən biri də ruhi vəziyyəti stabil olmayan şəxslərin sərəncamında odlu silahın olması ilə bağlıdır. Ümumiyyətlə, insanların bir-birinə hücum edilməsi amerikalıları artıq təəccübləndirmir.
Ən xarakterik cinayətlər isə Kosta-Rikada baş verir. Belə ki, qadınlara, qızlara qarşı idbar hərəkətlər mentalitet səviyyəsinə qədər enib. Siz bu ölkədə yolda gedən qızlara gözlənilmədən əl atan, onlara əxlaqsız hərəkətlər edən əks cinsin nümayəndələrinə istənilən vaxt rast gələ bilərsiniz.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Hadisə       Tarix: 01 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Şahbuzda ağır yol qəzası olub. report-a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb

"Çevik"in döyüləndən sonra FOTOSU

"Çevik" ləqəbi ilə tanınan tiktoker, Vətən müharibəsi iştirakçısı Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində hücuma məruz qalıb. xəbər verir ki, hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Faktl

Oğlunun itkisindən 19 gün sonra vəfat etdi

Avqustun 16-da qəfil vəfat edən Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılovun ailəsində daha bir ağır itki baş verib. xəbər verir ki, ürək tutmadan dünyasını dəyişən 41 yaşlı məmurun atası da vəfat edib. Bərdə şəhərind

Qubada ağır qəza: ölən və yaralananlar var 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

Xankəndi şəhərində 4 yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb. KONKRET.azxəbər verir ki, uşaq yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadis

Yeni doğulan qızı 15 bıçaq zərbəsi ilə öldürdülər - Bir ailə HAKİM QARŞISINDA

Böyük Britaniyanın Şeffild şəhər magistrat məhkəməsində yeni doğulan qız uşağının ölümü ilə bağlı dəhşətli təfərrüatlar açıqlanıb. Körpənin meyiti Uinkobank rayonunda yerləşən evin yardımçı tikilisində paltaryuyan maşını

Bakı-Quba yolunda yanğın 

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində yol kənarındakı otluq sahədə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun genişlənməsin

Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu

Biləsuvarda piyadanı vuraraq öldürən avtomobilin sürücüsü saxlanılıb. 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci i

Salyanda zəncirvari qəza: 5 nəfər

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azreport-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər valyuta mezennesi banklar zelzele valyuta mezennesi 2026