TƏCİLİ: Hər şey Ərdoğanın bir kəlməsindən asılıdır

TƏCİLİ: Hər şey Ərdoğanın bir kəlməsindən asılıdırİsveçin xarici işlər naziri Tobias Billström İsveçin PKK da daxil olmaqla bütün terror təşkilatlarını qınadığını bildirib.
KONKRET.az xəbər verir ki, ölkəsinin NATO-ya üzvlük üçün müraciətindən sonra keçən prosesə toxunan Billström terrorla mübarizə mövzusunun Üçlü Memorandumda mühüm yer tutduğunu və bu mövzuda yeni qanunun bir müddət əvvəl qüvvəyə mindiyini xatırladıb.
Nazir memorandumdakı öhdəliklərinin son hissəsini yerinə yetirdiklərini deyib.
TƏCİLİ: Hər şey Ərdoğanın bir kəlməsindən asılıdırJurnalistin "Silahlı terror təşkilatı PKK ilə mübarizədə hökumətiniz konkret olaraq haradadır?" sualını cavablandıran Billström Üçlü Memorandum çərçivəsində üzərlərinə götürdükləri bütün öhdəlikləri yerinə yetirdiklərini, İsveç və Türkiyə polisi arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə yaxşılaşdığını iddia edib.
"Məqsədimiz Türkiyə ilə eynidir – terrorla mübarizə aparmaqdır və biz bunu memorandum çərçivəsində əl-ələ verərək konstruktiv şəkildə edirik. İsveçin PKK ilə bağlı mövqeyi çox açıqdır. Bu səbəbdən biz NATO üzvü olmaq üçün memorandumda yazılanların və qərarların hamısını yerinə yetirmək istədik" – o deyib.
Nazir İsveçdə terrorla mübarizə ilə bağlı qəbul edilən yeni qanunun Türkiyə, NATO və Avropa İttifaqı (Aİ) üzvləri arasında terrorla mübarizədə əməkdaşlığı asanlaşdıracağına diqqət çəkib.
Türkiyə mediası NATO-ya üzv olmaq üçün Türkiyənin təsdiqinə ehtiyacı olan İsveçin "bütün düymələrə basdığını" yazıb.
Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.
TƏCİLİ: Hər şey Ərdoğanın bir kəlməsindən asılıdırNATO-ya üzv olmaq istəyən İsveç yaranan gərginlikdən sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəyinə, o cümlədən PYD/YPG və FETÖ-nü dəstəkləməyəcəyinə söz verib.
İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçə hələ də yaşıl işıq yandırmayan Ankara terrorla mübarizəni gücləndirən qanun kontekstində İsveçdən konkret addımlar görmək istəyir. Bu kontekstdə Stokholm administrasiyası yeni terror qanunu imzalayaraq ilə Ankaranı "hə" cavabı verməyə razı salmağı planlaşdır.
Həmin qanun çərçivəsində İsveç PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına razılıq verib. Adı açıqlanmayan 35 yaşlı PKK tərəfdarı 2014-cü ildə narkotik cinayətlərinə görə Türkiyədə 4 il 7 ay həbs cəzası almış, lakin şərti olaraq azadlığa buraxıldıqdan sonra İsveçə getmişdi. O, Türkiyə məhkəmə orqanlarının tələbi ilə cəzasının qalan hissəsini Türkiyədə çəkmək üçün ötən il İsveçdə həbs edilmişdi.
Ötən həftə İsveç Ali Məhkəməsi PKK-ya dəstək verən, narkotik qaçaqmalçılığına görə məhkum olunmuş şəxsin ekstradisiyası barədə qərar qəbul edib. İsveç Ədliyyə Nazirliyinin rəsmisi Əşrəf Əhməd AFP-yə hökumətin 35 yaşlı Türkiyə vətəndaşının ekstradisiyasına dair sərəncam verdiyini təsdiqləyib.//Musavat.com

Siyasi       Tarix: 19 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda