Təhlükə böyüdü: Alov elektrik stansiyasına yaxınlaşdı
Muğlanın Milas rayonunda bütün səylərə baxmayaraq, günlərlə söndürülə bilməyən meşə yanğını Kemerköy İstilik Elektrik Stansiyasının 1 kilometrliyinə yaxınlaşıb.
Publika.az xəbər verir ki, səlahiyyətlilər yüksək səviyyəli tədbirlərin görüldüyünü və elektrik stansiyasının ətrafında xəndəklər qazıldığını bildirib.
Yanğınsöndürmə qrupları və elektrik stansiyası rəsmiləri ərazini alovdan qorumaq üçün mübarizələrini davam etdirir. Stansiya rəsmiləri bildirib ki, İES-in partlama riski yoxdur: "Bu barədə narahatlıqlar əsassızdır. Elektrik stansiyası ilə əlaqədar ətraf mühitə zərər verəcək vəziyyət yoxdur".
Yaxınlıqdakı sakinlər ərazidən təxliyə edilməyə başlanıb.
Milas bələdiyyə sədri Məhəmməd Tokat sosial şəbəkədə yaydığı son paylaşımında vəziyyətin ciddi olduğunu bildirib: "Bölgəyə dərhal təyyarə və ya vertolyot göndərilməlidir".

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək