Tehran Hörmüz boğazını bağlamağa hazırlaşır – ABŞ-dan sərt xəbərdarlıq, neft qiymətləri uçuruma gedir
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qanun layihəsini səs çoxluğu ilə qəbul edib. Bu addım regionda gərginliyi daha da artırıb.
KONKRET.az xəbər verir ki, Qanunun qüvvəyə minməsi üçün son qərarı İranın Milli Təhlükəsizlik Şurası verməlidir.
ABŞ dövlət katibi Marko Rubio məsələ ilə bağlı sərt açıqlama verib:
"Əgər İran Hörmüz boğazını bağlamağa qərar versə, bu, münaqişənin ciddi eskalasiyası olacaq və ABŞ-la yanaşı digər ölkələrin cavab tədbirləri ilə nəticələnəcək. Biz Çin hökumətini İranı bu addımdan çəkindirməyə çağırırıq."
ABŞ-ın vitse-prezidenti Vens isə daha açıq şəkildə xəbərdarlıq edib:
"Tehranın Hörmüz boğazını bağlamaq cəhdi İran iqtisadiyyatı üçün intihara bərabər bir addım olar."
Ekspertlərin fikrincə, boğazın bağlanması qlobal enerji bazarına ciddi təsir göstərəcək. Analitiklər neftin qiymətinin 90–100 dollar aralığına yüksələcəyini proqnozlaşdırır. Bəzi beynəlxalq agentliklər isə bu rəqəmin 130–300 dollaradək sıçraya biləcəyini bildirir.
Hörmüz boğazı dünya neftinin təxminən 20%-nin daşındığı strateji dəniz yoludur. Onun bağlanması yalnız Yaxın Şərq deyil, bütün dünya üçün iqtisadi və siyasi nəticələr doğura bilər.
Natiq Səlim,
KONKRET.az

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır