Tehran Mənsimov: "Ermənilər avtomobilimi atəşə tutdular, maşın minaya düşdü

Tehran Mənsimov: Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı polkovnik Tehran Mənsimovun ikinci Qarabağ döyüşlərində minaya düşdüyü müəyyənləşib.
azxeber.com xəbər verir ki, bu barədə polkovnik Mənsimov "Azərbaycan" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, hadisə oktyabrın 21-də Füzuli istiqamətində qeydə alınıb:
"Horadizə gedib Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşıladım. Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim.
Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər. Yüksəklikdən geri qayıdanda isə ermənilər hərəkətdə olan avtomobilimi atəşə tutdular və bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim.
Döyüşlər şiddətlə davam edirdi. Savaşın qızğın vaxtında düşmənin atdığı raketin mövqeyimizdə partlaması nəticəsində yenidən yaralandım. Zərbə qüvvəsi məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı. Onurğam üstə düşməyim nəticəsində indiyədək özünü göstərən bel yırtığı əmələ gəldi. İlk dəqiqələrdə özümdən getmişdim, sonra şoka girdim. Ancaq təxliyə olunmağı düşünmədim, savaşı davam etdirdim. Bu isə döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırırdı. Ümumiyyətlə isə, tək mən yox, bütün şəxsi heyət yaralanarkən ya bunu gizlədir, ya da təxliyəyə razı olmurdu".
Tehran Mənsimov bildirib ki, döyüşlər zamanı 24 kilo çəki itirib:
"Döyüşlərdə ciddi zədələrə məruz qalmışdım. Qəlpə yarası almışdım, bel nayihəmdə yırtıq əmələ gəlmişdi, sağ qulağımın pərdəsi cırılmışdı. Döyüşlər zamanı 24 kq çəki itirmişdim. Şuşanın ətrafında etibarlı müdafiə mövqelərinin yaradılmasını başa çatdırdıqdan sonra yaralarım kəskinləşib səhhətim pisləşdiyindən həkimlərin tələbi ilə noyabrın 26-da Şuşadan Bakıdakı Hərbi hospitala müalicəyə yollandım.
Hospitalda olduğum müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısını, diqqətini gördüm. Bu xoş münasibət heç də mənim komandir, yaxud yüksəkrütbəli zabit olmağımdan irəli gəlmirdi. Hörmətli Mehriban xanımın himayədarlığı əsgərdən zabitədək bütün hərbçiləri əhatə edirdi. Mənə deyildi ki, döyüşlər başlandığı gündən hospital, bütün xəstəxanalar birbaşa Mehriban xanımın nəzarətindədir və bütün müalicə prosesləri onun qayğısı ilə əhatələnib. Vətən müharibəsində yaralanan minlərlə döyüşçü bu gün sağlam həyata qayıtdığına, yüksək qayğı ilə əhatə olunduğuna görə Mehriban xanım Əliyevaya borcludur".

Sosial       Tarix: 20 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler xabar az axsam az xeberler cəbhədən son xəbərlər 2026 xankendi